İQTİSADİYYAT
"AtaBank"dan "MasterCard" plastik kart sahibləri üçün kampaniya
Bakı, 29 yanvar, AZƏRTAC
"AtaBank" ASC-in "MasterCard" plastik kart sahibləri martın 30-dək Azərbaycanın aparıcı otellərində böyük güzəştlər əldə edə bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniyada iştirak edən "Fairmont Baku", "JW Marriott Absheron Baku", "Boulevard Hotel Baku" və "İntourist" otellərində 25 faizədək endirimlər təqdim edilir. Həmçinin Qəbələdə yerləşən "Chenot Palace" sağlamlıq mərkəzində müalicə proseduralarına 20 faiz, tibbi şöbənin xidmətlərinə isə 10 faiz dəyərində endirimlər də mövcuddur. Otellərin rəsmi internet saytında və ya qeydiyyat masasında "AtaBank" "MasterCard" plastik kartları ilə ödəniş edərək kart sahibləri təqdim edilən imtiyazlardan istifadə edə bilərlər.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.