Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLIKASINDA DÖVLƏT DILI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN ICRASININ TƏMIN EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq qurum"un səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası həyata keçirir.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

27 sentyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin