Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

"Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda forum keçirilib YENİLƏNİB VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Bakıda Dünya Bankının təşkilatçılığı ilə "Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumda 120-dən çox nümayəndə, o cümlədən Nazirlər Kabinetinin məsul şəxsləri, Milli Məclisin deputatları, hökumət üzvləri, digər dövlət qurumlarının, məhkəmə hakimiyyətinin yüksək səviyyədə təmsilçiləri, elm və təhsil müəssisələrinin rəhbərliyi, diplomatik korpusun, biznes birliklərinin, vətəndaş cəmiyyətinin, Dünya Bankının nümayəndələri iştirak ediblər.

Tədbir ədliyyə sektorunda islahatların icrası zamanı qazanılan uğurların geniş auditoriyaya çatdırılmasına, Dünya Bankının Azərbaycan ilə əməkdaşlığının müsbət nəticələrinin dayanıqlılığını təmin edəcək gələcək çağırışlara və növbəti addımlara dair fikir mübadiləsinin aparılmasına həsr olunub.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon forumda çıxış edərək Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığı qeyd edib, ədliyyə sistemində birgə həyata keçirilən uğurlu layihələr barədə məlumat verib. O, Azərbaycanın ədliyyə sektorunun tərəqqisindən, nailiyyətlərindən və bu sektorun müasirləşdirilməsi planlarından danışıb. Qeyd edib ki, Azərbaycan ədliyyə sektorunun müasirləşdirilməsi ilə bağlı böyük uğurlar qazanıb. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan məhkəmələrin səmərəliliyi, şəffaflığı, əlçatanlığı baxımından böyük nailiyyətlərə imza atıb. Bir çox elektron ədliyyə xidmətləri artıq digər ölkələrdə tətbiq edilir. Elektron məhkəmə texnologiyalarının istifadəsi məhkəmə strukturlarının məhsuldarlığını üç dəfə artırıb, bu sahədə vəsaitin qənaət edilməsinə imkan verib. Bu uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həmçinin ədliyyə sektorunda özünü dünyaya tanıtdırmağa imkan verir. Bir çox ölkələr ədliyyə sahəsində Azərbaycanın müsbət təcrübəsini bölüşməsi üçün Dünya Bankına müraciət edirlər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı bir sıra fərmanlar imzalayıb. Bu sahədə aparılan uğurlu islahatlar məhkəmələrə əlçatanlığı təmin edib, süründürməçiliyin azaldılmasına müsbət təsir göstərib, xidmətlərin səmərəliliyini artırıb. Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən bir sıra mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Dünya Bankı Azərbaycanın ədliyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işləri və qazandığı uğurları təqdir edir. Bank mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihələri çərçivəsində müasirləşmə proseslərinə dəstək göstərməyə çalışır. Dövlət başçısı, müxtəlif qurumların rəhbərləri ədliyyə sektoru, ümumiyyətlə Azərbaycanın inkişafına qayğı ilə yanaşırlar. Bu müasirləşdirmə proseslərinin növbəti mərhələsi “Elektron məhkəmə” sisteminin bütün ölkə ərazisində tətbiqini, qadınlar və gənclər üçün ədliyyə xidmətlərinə çıxış imkanlarının təkmilləşdirilməsini, biznes üçün mübahisələrin alternativ həlli mexanizmlərinin təşviqi istiqamətində işlərin görülməsini nəzərdə tutur.

Sonra layihənin nəticələrinə dair videoçarx nümayiş etdirilib.

Tədbir Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvinin moderatorluğu ilə "Azərbaycanda ədliyyə sektorunda aparılan islahatlar çərçivəsində əldə olunan uğurlar, qarşılaşmış çətinliklər, eləcə də gələcək çağırışlar və növbəti addımlar" mövzusunda panel müzakirələrlə davam edib.

Müzakirələrdə Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Azərbaycanda ədliyyə sektorunda islahatların uğurlarına, problem və yeni çağırışlara həsr olunmuş müzakirələrin bu sahədə inkişafa əlavə təkan verəcəyinə əminliyini bildirib. Nazir qeyd edib ki, Azərbaycan üçün demokratik inkişaf yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq prinsiplərə uyğun olaraq tamamilə yenidən qurulub. Üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb, şəffaf prosedurlarla hakim seçimi aparılıb, məhkəmə nəzarəti institutu təsbit edilib, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, Avropa standartlarına tam uyğunlaşdırılması məqsədilə müasirləşdirilməsi işinə başlanılıb. Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan müstəqil qurum - Məhkəmə-Hüquq Şurası yaradılıb, məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlər məhz onun səlahiyyətinə aid edilib. Məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın asanlaşdırılması məqsədilə bir çox yeni məhkəmələr təsis edilib, o cümlədən bölgələrdə apellyasiya və iqtisad məhkəmələri yaradılıb. İnsan hüquqlarının müdafiəsində mühüm rol oynayan inzibati ədliyyə fəaliyyətə başlayıb, hakimlərin və məhkəmə aparatı işçilərinin sayı iki dəfə artırılıb. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyə mütərəqqi əlavə və dəyişikliklər edilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri mütəmadi genişləndirilib.

Nazir uğurlardan danışarkən Dünya Bankı ilə birgə həyata keçirilən layihələr nəticəsində əldə edilmiş nailiyyətləri xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, bu layihə çərçivəsində inşa olunmuş yeni, müasir binalar dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə bütün zəruri infrastrukturla təchiz olunub. Hazırda 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub. “Elektron məhkəmə”nin bir çox komponentləri hazırda uğurla tətbiq olunur.

Qeyd edilib ki, Dünya Bankı ilə layihələr çərçivəsində mübahisələrin alternativ həlli sisteminin yaradılması, vəkillik institutunun, ədliyyə və məhkəmə qurumlarının institusional və idarəetmə potensialının gücləndirilməsi, pulsuz hüquqi yardımın göstərilməsi və sair üzrə tədbirlər görülüb, ədliyyə islahatlarına dəstək göstərilərək müxtəlif sahələr üzrə beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr hazırlanıb. Həmçinin əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş və səkkizinci ildir ki, fəaliyyət göstərən məhkəmə sisteminin Vahid Elektron Portalı mühüm əhəmiyyətə malikdir. Məhkəmə fəaliyyətində şəffaflığın təmin olunmasına xidmət edən və funksionallığı ilə fərqlənən bu portal vasitəsilə vətəndaşlar məhkəmələr və hakimlər haqqında dolğun məlumatlar ala, məhkəmələrə elektron müraciət edə, məhkəmə sənədlərinin nümunələri ilə tanış ola və onun digər imkanlarından istifadə edə bilərlər.

Təsadüfi deyil ki, Dünya Bankı həyata keçirilən birgə layihəni ən uğurlu layihələrindən biri kimi qiymətləndirib, o cümlədən "Vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə innovativ üsulların yaradılması və tətbiqi" nominasiyasının qalibi elan edib. Bütün bunlar layihə çərçivəsində görülən işlərin uğurlu nəticəsinin real təzahürüdür. Nazir bu uğurların əldə edilməsində böyük zəhməti olan Dünya Bankının nümayəndələrinə minnətdarlığını bildirib.

Bu gün ədliyyənin digər sahələrində də elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini deyən Fikrət Məmmədov bəzi yenilikləri diqqətə çatdırıb. Bildirib ki, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi "Elektron notariat çantası" hazırlanıb. Elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür. Digər yenilik elektron ədliyyə köşküdür. Yalnız Azərbaycanda mövcud olan bu köşk vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Bu köşklərin sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulur. Bu qurğular video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə köşk artıq hava limanında quraşdırılaraq ikinci aydır ki, istifadəyə verilib. Növbəti yenilik isə Azərbaycanın məhsulu olan mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. Həmçinin dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəli təşkili məqsədilə probasiya xidməti yaradılıb. Azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub və bir il ərzində 1500 məhkuma elektron qolbaqlar tətbiq olunub. Bu yeniliklər qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa səbəb olub.

Fikrət Məmmədov deyib ki, ölkəmizdə həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Ədliyyə Nazirliyinin müsbət təcrübəsi yayılır və Azərbaycan müxtəlif mükafatlara layiq görülür. Hakimliyə namizədlərin seçimi qaydası Avropa Şurası və Avropa İttifaqı tərəfindən tam şəffaflığına görə müsbət nümunə kimi digər dövlətlərə tövsiyə olunub. Ölkəmiz Avropa Şurası tərəfindən həyata keçirilən müsabiqədə “Məhkəmənin nəbzi: idarəetmədə inqilab” adlı layihə ilə iştirak edərək “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülüb.

Nazir diqqətə çatdırıb ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində əhəmiyyətli nailiyyətlərə imza atılır, mühüm transmilli və regional layihələr uğurla həyata keçirilir. Dünya Bankının “Doing Business 2019” hesabatında ölkəmiz 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib və ən islahatçı 10 dövlət sırasına daxil olub. Bu gün ölkəmiz yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə vətəndaşların rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı sosialyönümlü mühüm tədbirlər həyata keçirilir.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhz ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsidir. Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyən etməklə bu sahədə ən aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan Fərman müstəsna əhəmiyyətə malik proqram xarakterli “yol xəritəsi”dir. Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçilik hallarının aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması və sair problemlərin həllində qarşıya mühüm vəzifələr qoyub.

"Xüsusilə bu vəzifələr sırasında Dünya Bankı ilə birgə işlədiyimiz “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin tam tətbiqi, ədliyyə və məhkəmə infrastrukturunun təkmilləşdirilməsi barədə aidiyyəti dövlət orqanları qarşısında konkret vəzifələr qoyulub. Fərmanla verilmiş tapşırıqların icrası çərçivəsində mühüm qanun layihələri paketi hazırlanaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib və artıq müzakirə olunub. Fərmanla qarşıda qoyulan məsələlərin aktuallığı və ictimai əhəmiyyəti nəzərə alınaraq onun icrasından irəli gələn məsələlər üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirələr keçirilir. Bugünkü forum da bu işə əlavə təkan verəcək. Əminəm ki, qarşımızda qoyulmuş vəzifələrin müasir çağırışlara uyğun həyata keçirilməsində etibarlı tərəfdaşımız olan Dünya Bankının dəstəyi xüsusi əhəmiyyət kəsb edəcək və Azərbaycan ədliyyəsinin inkişafına mühüm töhfə olacaq", - deyə Ədliyyə naziri Fikrət Məmmədov vurğulayıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın davamlı tərəqqisi və inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə reallaşdırılan islahatların məhkəmə-hüquq sahəsini də əhatə etdiyini bildirib. Qeyd edib ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə dair Fərman məhkəmələrin inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu Fərmanın məqsədi cəmiyyətdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, vətəndaşların məhkəmə fəaliyyətinə inamının gücləndirilməsidir. Eyni zamanda, Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üzərində iş aparır. Məhkəmə fəaliyyətinə müdaxilənin qarşısını almaq üçün mexanizmlərin təkmilləşdirilməsi planlaşdırılır, hakimlərin sayının artırılması nəzərdə tutulur. Aparılan bu islahatlar Azərbaycanda ədalət mühakiməsinin inkişafına xidmət edəcək, vətəndaşların hüquqlarının məhkəmələr tərəfindən mükəmməl şəkildə qorunacağına mühüm töhfə verəcək.

Panel müzakirələrdə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı istiqamətində köklü islahatlar həyata keçirilir. Ölkəmizdə məhkəmələrin əlçatanlığı sahibkarlıq fəaliyyətini daha səmərəli edir. Bu, hər bir sahibkar üçün vacibdir. Çünki digər peşə mənsubları kimi sahibkarlar da məhkəmələrə müraciət edirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, Ədliyyə Nazirliyi Azərbaycanda informasiya texnologiyalarının tətbiqi sahəsində ən qabaqcıl qurumlardan biridir. Ədliyyə sistemində tətbiq olunan müasir informasiya texnologiyaları hər bir qurum üçün vacibdir. Bu gün Azərbaycan ədliyyəsində ən müasir texnologiyalar tətbiq edilir. Azərbaycan ədliyyəsində ən müasir informasiya texnologiyalarının tətbiqi digər ölkələrin də diqqətindədir və müsbət qarşılanır.

Tədbirdə, həmçinin Ədliyyə nazirinin müavini, layihə rəhbəri Azər Cəfərov "Ədliyyə sahəsində Dünya Bankı ilə səmərəli əməkdaşlıq" mövzusunda çıxış edib. Layihənin əlaqələndiricisi, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının Prezidenti Ramin Qurbanov, Dünya Bankının “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin informasiya texnologiyaları üzrə baş məsləhətçisi Qoran Edström ədliyyə sektorunda vətəndaşlara xidmətlərin göstərilməsində birgə nailiyyətlər barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda "Elektron məhkəmə" informasiya sisteminin ayrı-ayrı komponentləri əyani nümayiş etdirilib. Məlumat verilib ki, bu sistem elektron sənəd dövriyyəsini, o cümlədən iddia ərizələrinin elektron qaydada verilməsini təmin edir, məhkəmə xərclərini onlayn ödəmək, baxılan işlər və çıxarılan qərarlar barədə məlumat əldə etmək imkanı verir, məhkəmə proseslərinin audio-video yazılışını aparır, video-konfrans vasitəsilə proses iştirakçılarının uzaqdan dindirilməsini təmin edir, həmçinin məhkəmə idarəçiliyi işini əhəmiyyətli dərəcədə asanlaşdırır.

"Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış" mövzusunda forum keçirilib  YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub