"BEYNƏLXALQ DƏNİZ GƏMİÇİLİYİNİN ASANLAŞDIRILMASI HAQQINDA" KONVENSİYAYA QOŞULMAQ BARƏSİNDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası "Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında" 1965-ci il tarixli Konvensiyaya qoşulsun.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2006-cı il