Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC 

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş "Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Qeyd edilib ki, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Akademik yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğu bildirilib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən akademik bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli alimin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Böyük mütəfəkkir şair Hüseyn Cavid haqqında söz" mövzusunda məruzə ilə çıxış edib. Dramaturqun həyat və yaradıcılığından danışan akademik onun fəaliyyətə şeirlə başladığını, ilk pyesi "Ana"nı 1910-cu ildə yazdığını bildirib. Qeyd edilib ki, 1937-ci ilədək 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələr Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. Akademik sənətkarın ədəbiyyatımızda mühüm rolundan, şair, dramaturq və istedadlı pedaqoq kimi yaradıcılığından söz açıb, "İblis", "Peyğəmbər", "Şeyx Sənan" və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb.

Akademik qeyd edib ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. Hüseyn Cavid irsinin müxtəlif dilə, dini etiqada və mədəniyyətə malik insanların çoxmədəniyyətlilik, çoxdillilik, çoxetiqadlılıq şəraitində bir-birinə münasibətdə xoşrəftarlılığı təlqin etdiyini söyləyən İ.Həbibbəyli vurğulayıb ki, onun yaradıcılığının milli və coğrafi hüdudları, məkan və zaman çərçivəsi yoxdur. Akademik bildirib ki, Cavid yaradıcılığı Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinə birbaşa xidmət edən dəyərli əsərlərdən ibarətdir.

"Fikirdən hazır misrayadək olan yol: düşüncəni bədiiləşdirmək və şeirə çevirmənin Cavid tərzi" mövzusunda məruzə ilə çıxış edən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov ədibin əsərləri üzərində özünəməxsus iş xüsusiyyətlərindən danışıb. Qeyd edilib ki, böyük Azərbaycan şairi və dramaturqunun yaradıcılıq prosesi son dərəcə fərdi, təkrarsız olmaqla yanaşı, həm də müəyyən məchulluğa malikdir. Akademik Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, qaralamaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından söz açıb. Vurğulanıb ki, Hüseyn Cavidin yazacağı şeirin yalnız ideyaca, mənaca deyil, hətta ifadə baxımından necə olacağını əvvəlcədən müəyyənləşdirdiyini həmin əlyazma materialları aşkar nümayiş etdirir. Şeirə keçməzdən əvvəl o, hiss və düşüncələrini nəsrlə yazır, daha sonra isə bu dəqiq cızılmış "yol xəritəsi" əsasında şeirini qurur.

Akademik R.Hüseynov çıxışında görkəmli dramaturqun bədii tərcümələr zamanı orijinalın mənasını qorumaqla yanaşı, onu əslindən geri qalmayan yüksək bədiiliklə ifadə etmək üçün yad misraları necə özününküləşdirməsini konkret nümunələr və Ömər Xəyyam irsindən müxtəlif şairlərin tərcümələri ilə müqayisələr əsasında təqdim edib.

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Hüseyn Cavid və klassik irs" mövzusunda məruzə ilə çıxış edib. Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olduğunu deyən natiq bildirib ki, böyük dramaturqun sənətinin unikallığı Şərq-Qərb ədəbi-mədəni kontekstinin sintezindən ibarət olmasındadır. T.Kərimli vurğulayıb ki, mükəmməl Şərq təhsili alan, Məhəmmədtağı Sidqi kimi böyük bir pedaqoqun təhsil ocağında yetişən, fars dilinə mükəmməl bələd olan, hətta bu dildə bənzərsiz şeirlər yaradan Cavid Qərb mədəniyyətini və ədəbiyyatını da kifayət dərəcədə mənimsəyib, çağdaş səviyyəli mütəfəkkir-şair-dramaturq kimi formalaşıb. Bildirilib ki, Cavidin müraciət etdiyi klassik əsərlər arasında İran şairləri - Əbülqasım Firdovsi, Ömər Xəyyam və Fəridəddin Əttar daha çox üstünlük təşkil etsə də, bütün bu qaynaqlar ona ancaq forma materialı kimi lazım olub: "Cavidin məzmunca ən çox iki qaynağa - Nizami humanizminə və Füzuli məhəbbətinə söykəndiyini görürük. Xüsusən yaradıcılığının ilk dövrlərində məhəbbət mövzusunda yazılmış əsərlərə üstünlük verən ədib böyük Füzulinin layiqli xələfi kimi çıxış edir. Lakin onu da göstərmək lazımdır ki, Füzuli məhəbbətindən fərqli olaraq, Cavid məhəbbəti daha çox vüsala can atan, ayrılıqdan əzab çəkən bir özəlliyə malikdir. Bu da şairin məhəbbətindəki irfani çaları hədsiz dərəcədə azaldır, onu dünyəvi məhəbbətin tərənnümçüsünə çevirir".

Elmi konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Hüseyn Cavidin poetik dili", Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Hüseyn Cavid obrazı Azərbaycan incəsənətində", filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Hüseyn Cavid yaradıcılığında multikulturalizm: Şeyx Sənan və Xumar", AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı "Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb məsələsi", Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli "Heydər Əliyev və Hüseyn Cavidin fəlsəfi irsi" mövzularında məruzələrlə çıxış ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib YENİLƏNİB

UEFA Çempionlar Liqasının yarımfinal oyunları bir dəqiqəlik sükutla başlayacaq

ABŞ qoşunlarının Avropadan çıxarılmasının ehtimal olunan nəticələri açıqlanıb

“Rafale” üçün yaxşı və pis xəbər: “F-35” ilə rəqabət çətindir

Həkim və əczaçıların sertifikasiyası ilə bağlı yeni mexanizm tətbiq olunacaq

Yeni Zelandiyanın Oklend şəhərində güclü yanğın baş verib

Şagirdlərə fövqəladə hallarda düzgün davranış qaydaları öyrədilir

Şəhidlər xiyabanında Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

Lətif Qəndilov: Prezidentlərin razılaşması ən yüksək səviyyədə yerinə yetirilib

Azərbaycanın paralimpiya çempionu “Prezident Kuboku”nda finala yüksəlib

NDU-da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib

Sertifikasiya imtahanından keçməyən tibb işçilərinin əməkhaqqı 6 ay müddətində qorunacaq

Aprelin 26-da gözlənilən hava şəraiti açıqlanıb

Qəbələdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimatı olub

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri nümayəndə heyətləri arasında görüş olub

NBA: “Oklahoma-Siti Tander” seriyada qələbə sayını üçə çatdırıb

Milli Kitabxanada “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb

ASK: Sahibkarlıqla məşğul olan hüquqi şəxslərin sayı 7 faizdən çox artıb

Amerikalı konqresmen: Suriya İsrail və ABŞ-la dialoqa açıqdır

Ləzgi Mədəniyyət Mərkəzinin hesabat yığıncağı keçirilib

Aprel çağırışının gedişatı müzakirə olunub

AYB-də “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub

Türkiyənin 49 vilayətində İŞİD-lə əlaqədə şübhəli bilinən 210 nəfər saxlanılıb

“Muğam” Televiziya Müsabiqəsi başlayır

Türkiyənin Kütahya vilayətində zəlzələ olub

Azərbaycanda yeni ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilir

Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir

BDYPİ: Dağlıq yolda dərəyə aşan avtomobilin sərnişini həyatını itirib

Macarıstan şirkətinin nümayəndəsi: Azərbaycanın kosmos sahəsində artan potensialı əməkdaşlıq üçün mühüm imkanlar yaradır

Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmilərə texniki nəzarətlə bağlı mediatur təşkil edib

Daha bir BOKT-a verilmiş lisenziya ləğv olunub

Yaponiya ABŞ tariflərinin təsirini azaltmaq üçün təcili iqtisadi tədbirlər paketini açıqlayıb

BDU ilə Nəvai Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib YENİLƏNƏCƏK

Uşaqları mikroblardan qorumağın ən səmərəli üsulu peyvəndlərdir - mütəxəssis tövsiyə edir

Elnur Əliyev: Bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas istiqamətlərindəndir

Xidmət rəisi: İlin əvvəlindən bəri texniki baxış üçün 797 kiçikhəcmli gəmi istifadəçisi tərəfindən müraciət daxil olub

Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal və regional münasibətlər sistemində yeni mərhələ ŞƏRH

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Üç yüzdən çox venesuelalı miqrant Meksikadan öz vətənlərinə qayıdıb

Komitə sədri: Ölkədə həyata keçirilən iqtisadi siyasətin əsasında sahibkarlığın inkişafı dayanır

Sahibkarlar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Gəncədə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir təşkil olunub

“Qarabağ”ın legioneri: Çempionluğa layiq olduğumuzu düşünürəm

Nazirlikdən fermerlərə çağırış: Subsidiya almaq üçün yazlıq əkinlərinizi EKTİS-də bəyan edin!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dayanıqlı memarlıq, yaxud müasir ev necə olmalıdır? – ekspertlə söhbət

Aprelin 25-də dünya ictimaiyyəti dörd əlamətdar günü qeyd edir

Bakıda IATA-nın Aviasiya Enerji Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə keçiriləcək UFC turnirinin biletləri satışa çıxarılıb

Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub

Bülent Avenoğlu: TÜBİTAK beynəlxalq missiyalara açıq platformaya çevrilib

Tailandda polis təyyarəsi qəzaya uğrayıb, ölənlər var

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xalq artisti Samir Cəfərov Gəncədə “Sən elə bir zirvəsən" adlı solo konsert proqramı ilə çıxış edəcək

Avroliqa: “Fənərbağça” pley-offda ikinci qələbəsini qazanıb, “Anadolu Efes” seriyanı bərabərləşdirib

“Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

Nazir müavini: Qeyri-neft məhsullarının istehsalı 26 faiz artıb

Azərbaycanla Çin arasında məhkəmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması COP29-un ölkəmizin həyatına gətirdiyi daha bir yenilikdir

BANM ilə Sabancı Universiteti arasında əməkdaşlıq barədə razılıq əldə olunub

BVF: Qlobal maliyyə sabitliyi riski artıb

“Aztelekom” yenidən təşkil olunur

“Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilir

Gənclər kitabxanası “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib

Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsünü 140-a yaxın ölkə alqışlayıb

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionu bəlli olacaq

Azərbaycanın daha beş cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Qlobal Cənub QHT Platforması üçün 110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə başa çatıb

Yeni dünya nizamına doğru: Fırtınanın içərisində nizamı tapmaq - ŞƏRH

Sədr müavini: Birlikdə Mərkəzi Avrasiyanı regional kosmik gücə çevirə bilərik

DİN-dən kibertalamalarla bağlı çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın

“Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı

Bu gün Misli Premyer Liqasında XXXII tura start veriləcək

Dünya birjalarında neft bahalaşıb

Dünya bazarında qızıl 46 dollaradək ucuzlaşıb

Milli Məclisin deputatları Türkiyənin Düzce şəhərinin valisi ilə görüşüblər

Azərbaycanın hərb tarixinə dair kitab çapdan çıxıb

“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub VİDEO

“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub VİDEO

Nəsimi rayonunda hüquq qaydasının möhkəmləndirilməsində rayon prokurorluğunun əməkdaşları əlindən gələni əsirgəməyəcək

Azərbaycan nefti bahalaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Səudiyyə Ərəbistanı 25-ci Asiya Fizika Olimpiadasına ev sahibliyi edəcək

Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 111 il ötür

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

“The Times”: London risklərə görə Ukraynaya qoşun göndərməkdən imtina edə bilər

Media: Tramp Səudiyyə Ərəbistanına ABŞ silahlarının satışı ilə bağlı 100 milyard dollarlıq müqavilə təklif edəcək

Starmer: Avropa ABŞ-dan ayrı Ukrayna siyasəti yürütməməlidir

Rusiyadan Çexiyaya neft nəqli dayandırılıb

Çin elektromobilləri Aİ bazarında favoritdir

Media: Harvard Universiteti bir milyard dollarlıq aktivini satmaq istəyir

Yeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər

Almaniya hökuməti bu il də iqtisadi artım gözləmir

“Telegram” Fransa bazarını tərk edə bilər