İQTİSADİYYAT
"Kapital Bank"ın yenilənmiş "Cəfər Cabbarlı" filialı istifadəyə verilib
Bakı, 15 noyabr, AZƏRTAC
“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Cəfər Cabbarlı" filialının yenilənmiş ofisini istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, C.Cabbarlı küçəsi, 13 (Nizami metrostansiyasının yaxınlığında) ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətləri təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 4 şəhər (Şuşa, 28 May, Binəqədi və Cəfər Cabbarlı) və 5 region (Şabran, Lerik, Qax, Qəbələ və Bərdə) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni "Gənclik Mall" filialı açılıb. Bundan əlavə, ilin sonunadək daha bir neçə şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.