MƏDƏNİYYƏT
"Məhəmməd" filminin dünya film festivalında premyerası olub
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də iranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər haqqında çəkdiyi "Məhəmməd" filminin 36-cı Monreal Dünya Film Festivalında premyerası olub.
AZƏRTAC xəbər verir ki, festivala açılış filmi kimi seçilən bu ekran əsəri dünya kinosevərlərinin marağını Monreala yönəldib. Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb.
Filmin bəzi yerlərdə animasiya və aksiyan səhnələrdən istifadə edildiyini bildirən türkiyəli yazıçı İhsan Kabil filmdə peyğəmbərin yalnız arxadan çəkildiyini, gecə və gündüz səhnələrində Məkkə şəhərinin yer aldığını vurğulayıb.
Qeyd edək ki, ümumi büdcəsi 30 milyon dollar olan filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.