"Müasir abdominal cərrahiyyənin aktual problemləri" mövzusunda konfransa qeydiyyat başlanıb
Bakı, 29 aprel, AZƏRTAC
Mayın 24-25-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (birinci MDTU, Seçenov Universiteti) həkim və rezidentləri "Müasir abdominal cərrahiyyənin aktual problemləri" mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edir.
Seçenov Universitetinin Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunaraq 17 kredit balla qiymətləndirilib.
Konfrans mayın 24-də Milli Onkologiya Mərkəzi, müalicə korpusunda (1 mərtəbə), mayın 25-də isə Seçenov Universitetinin Bakı filialında keçiriləcək.
Qeydiyyat ödənişlidir. Əlavə məlumatı linkindən əldə etmək olar.
Tədbirin yekununda konfrans iştirakçılarına sertifikatlar təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]