"NOTARIAT HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 1, maddə 10; 2001-ci il, N 11, maddə 687, N 12, maddə 740; 2002-ci il, N 5, maddə 241, N 6, maddə 328, N 12, maddə 706; 2004-cü il, N 5, maddə 318; 2005-ci il, N 4, maddə 281; Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 967-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 3-cü maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
"Notarius Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Notariusun etik davranış kodeksinin tələblərinə riayət etməlidir.".
2. 9-cu maddənin 4-cü bəndi çıxarılsın.
3. 32-ci maddədə:
3.1. ikinci və üçüncü hissələr aşağıdakı redaksiyada verilsin:
"Notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir.
Konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməlidir. Notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir.";
3.2. aşağıdakı məzmunda dördüncü, beşinci və altınca hissələr əlavə edilsin, dördüncü-yeddinci hissələr müvafiq olaraq yeddinci-onuncu hissələr hesab edilsin:
"Notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri vəkilə onun yazılı sorğusu və orderi əsasında verilir.
Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir.
Notarius daşınmaz əmlakla bağlı müqavilələri təsdiqlədikdə və ya vərəsəlik şəhadətnamələri verdikdə, müvafiq sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.".
4. 74-cü maddəyə aşağıdakı məzmunda dördüncü, beşinci və altınca hissələr əlavə edilsin:
"Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.
Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir.
Depozit hesabının açılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.".
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2005-ci il