Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Sinovac"ın baş meneceri: Sınaqlar "CoronaVac"ın COVID-19-a qarşı effektli və təhlükəsiz olduğunu göstərib VİDEO

Pekin, 24 fevral, AZƏRTAC

Müxtəlif qitələr üzrə bir neçə ölkədə aparılmış sınaqların ümumi nəticələri göstərdi ki, "CoronaVac" vaksini müxtəlif əhali qrupundan olan şəxslərdə COVID-19 infeksiyasına qarşı effektli və təhlükəsizdir.

Bu fikri Çinin peyvənd istehsalı üzrə ixtisaslaşmış "Sinovac Biotech" şirkətinin baş meneceri xanım Quan Yan AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib. O, təmsil etdiyi şirkətin COVID-19 virusuna qarşı peyvəndin hazırlanması işlərinə ötən ilin yanvarında başlanıldığını və inaktiv vaksin variantını seçdiklərini deyib.

"Bu, etibarlı və ənənəvi vaksin texnologiyasıdır və dünyada müxtəlif xəstəliklərə qarşı vaksinlərin çoxu da məhz bu kateqoriya vaksinlərdir. Bizim qrip, hepatit əleyhinə və digər vaksinlərimiz də inaktiv peyvəndlərdir", - deyən Quan Yan əlavə edib ki, heyvanlar üzərində sınaqlar uğurla başa çatandan sonra ötən ilin aprelində peyvəndin insanlar üzərində kliniki sınaqlarına icazə verilib. Birinci və ikinci mərhələ kliniki sınaqlar 2 yaş qrupu üzrə (18-59 və 60 yaşdan yuxarı) Çində aparılıb.

"Sinovac"ın rəsmisi bildirib ki, peyvəndin effektivliyinə əmin olmaq üçün 3-cü mərhələ kliniki sınaqların təkcə Çində yox, həm də müxtəlif qitələr üzrə bir neçə ölkədə və regionda aparılmasına qərar verilib. Bununla əlaqədar Braziliyada, Türkiyə, İndoneziya və Çilidəki tərəfdaşlarla danışıqlar aparılıb. İndiyədək Braziliya, Türkiyə və İndoneziyadakı sınaqların ilkin nəticələri əldə edilib.

Quan Yan deyib ki, fevralın əvvəlində Çinin müvafiq qurumu "Sinovac" şirkətinin COVID-19 peyvəndinin kütləvi marketinqinə icazə verib. Bu zaman peyvəndin həm Çində, həm də xaricdə 3-cü mərhələ kliniki sınaqlarının nəticələri də əsas götürülüb. Xüsusilə Türkiyədəki sınaqların nəticələri diqqətçəkən olub. Türkiyədə "CoronaVac" peyvəndinin effektivliyi 91,25 faiz olub. Bu da çox sevindirici bir nəticədir. Bəzi ölkələrdə vaksinin sınaqlarında iştirak edənlərin sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq effektivlik dərəcəsi dəyişir.

"Sinovac" rəsmisi COVID-19 pandemiyasına qalib gəlməkdən ötrü peyvəndin mövcudluğunun çox vacib olduğunu vurğulayıb: "Bizim peyvəndin saxlanma və daşınması üçün tələb edilən 2-8 dərəcə Selsi temperatur şəraiti onun daha əlçatan olmasını göstərir. Bu da inaktiv vaksinin bu pandemiyada çox yaxşı işlədiyini deməyə əsas verir. Çünki vaksinin anbarlarda yığılması, daşınması, klinikalarda saxlanması da vacib məsələdir".

Quan Yan deyib ki, hökumətdən müvafiq razılıq əldə olunduqdan sonra ən qısa zamanda vaksinin ardıcıllığını və uzunmüddətli müşahidəsi üzrə araşdırmalara başlayacaqlarını diqqətə çatdırıb. "Çünki adətən vaksin hazırlanması illər tələb edir, amma COVID-19 əleyhinə vaksin bir ilin içərisində hazır oldu. Biz vaxt qazanmaq üçün bəzi tədqiqatları paralel aparmalı olduq. Peyvəndin ən qısa zamanda hazır olması üçün bütün qüvvələr səfərbər edildi, çünki bütün dünya vaksinin hazır olmasına ümid edirdi. Hər kəs dünyanın indiki pandemik vəziyyətini dəyişməyin ən səmərəli və yekun yolunun məhz vaksindən istifadə etmək olduğunu dərk edir", - deyə Quan Yan deyib.

İndiyədək 10-dan çox ölkədə "CoronaVac" peyvəndinin təcili istifadəsinə icazə verildiyini bildirən "Sinovac" rəsmisi, bu peyvəndin Azərbaycanda vaksinasiya prosesində də istifadə olunmasından məmnunluğunu ifadə edib. "Biz ümid edirik ki, şirkətimizin vaksinlərinin effektivliyi və təhlükəsizliyi sayəsində əməkdaşlıq etdiyimiz ölkələrdə pandemiyaya ən qısa zamanda qalib gəlmək və həyatı əvvəlki axarına qaytarmaq mümkün olacaq",- deyə Quan Yan bildirib.

Qeyd edək ki, “Sinovac Biotech” şirkətinin COVID-19 virusuna qarşı peyvəndinə dünyada maraq böyükdür. “CoronaVac” peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya, Çili, Kolumbiya, Meksika, Filippin və bir neçə başqa ölkədə tətbiqinə icazə verilib. Ötən ay Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz “Sinovac”ın peyvəndindən istifadə olunur. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

"Sinovac"ın baş meneceri: Sınaqlar "CoronaVac"ın COVID-19-a qarşı effektli və təhlükəsiz olduğunu göstərib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Turində turist avtobusu çaya aşıb, ölən var

BMT Rusiya-Ukrayna məsələsi ilə bağlı son diplomatik danışıqları alqışlayıb

Ordu komandanı: Sudan ordusu paytaxt Xartumda nəzarəti tamamilə ələ alıb

Millinin baş məşqçisi: Bosniya və Herseqovina ilə oyun futzalçılarımız üçün əyani təcrübə olacaq

Azərbaycanın futzal yığması Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib

ABŞ-da Demokratlar Partiyası Pentaqon rəhbərinin istefasını tələb edir

Rus Dram Teatrının kollektivi Belarusda uğurla çıxış edib

Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib

Berlində 16-cı Petersberq İqlim Dialoqu keçirilib

Qardabanidə azərbaycanlı alimin 75 illik yubileyi qeyd olunub

“Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

Gürcüstanda azərbaycanlı tələbələrə dəstək məqsədilə “Qlobal Təhsil Assosiasiyası” fəaliyyətə başlayıb

Naxçıvanda fəaliyyət göstərən dönərxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Gəncədə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib

Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib

Sabit Rəhmanın yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

“Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyi ilə Türkiyə Dövlət Teatrları birgə layihələrə başlayır

Samuxda zəlzələ baş verib

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin yeni vəkili seçilib

Almaniyanın altı əyalətində antiterror əməliyyatları keçirilib

Yaşar Gülər: Türkiyə öz sərhədlərindən kənarda da sülhə və sabitliyə töhfə verir

Qərbi azərbaycanlı: Ən böyük istəyim kəndimizə gedib anamın qəbrini ziyarət etməkdir

Kənd məktəblilərindən qızıl medala hədəflənmiş maksimum nəticə - REPORTAJ VİDEO

Türkmənistanın Prezidenti Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

Almaniya Konstitusiya Məhkəməsi həmrəylik vergisinin ləğv olunmasına dair iddianı təmin etməyib

İcma: ABŞ-ın Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun hesabatı Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur

Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

İmişlidə şəhid ailələri üçün iftar süfrəsi açılıb

Azərbaycandan olan məktəbli şəhid övladları üçün Ankarada texnodüşərgə təşkil edilib

Futzal üzrə Azərbaycanın U-19 yığması Avropa çempionatının əsas mərhələsində mübarizəyə başlayır

Çanaqqalada 41 nəfər qanunsuz miqrant saxlanılıb

Azərbaycanlı tələbə ABŞ-da keçirilən müsabiqədə birinci olub

NİİM: Metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir

Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən Azərbaycan nümayəndə heyəti Parisdə görüşlər keçirib

Azərbaycanın U-21 millisinin baş məşqçisi: Belə gənclərlə gələcəyə ümidliyik

İstanbulda bələdiyyə seçkiləri keçirilir

“HaberTürk” telekanalı: Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Sabit Rəhman - 115” adlı kitab sərgisi açılıb

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

Media: Son bir həftədə Ukrayna və Rusiya enerji obyektlərinə hava hücumu etməyib

Naxçıvan şəhərinin və Şahbuz rayonunun məktəbliləri buraxılış imtahanlarında yüksək nəticə göstərib

Dünya birjalarında neft bahalaşıb

Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Şahabuddinə

Azərbaycan neftinin qiyməti 75 dollar olub

Fransa şirkəti hərbi təyyarə istehsalını sürətlə artırmağı planlaşdırır, ancaq hələ sifarişçi yoxdur

DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ekranlarda əbədiləşən ömür

Bu gün Sabit Rəhmanın doğum günüdür

Misir-Azərbaycan Dostluq Cəmiyyətində iftar süfrəsi açılıb

Fransızların 42 faizi ölkənin vətəndaş müharibəsi ilə üzləşəcəyini hesab edir

Fidan və Rubio Cənubi Qafqazda sülh məsələsini müzakirə ediblər

Ukraynanın Poltava şəhərində Novruz bayramı qeyd edilib

Tramp: Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub

Kral Çarlzın Vatikana dövlət səfəri təxirə salınıb

Tbilisidə torpaq çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanın U-21 yığması Şimali Makedoniya ilə oyunda heç-heçə edib

Azərbaycan millisi Belarus yığması ilə görüşdə məğlub olub

Vaşinqtonda Hakan Fidanla Marko Rubio arasında görüş keçirilir

Fransada Novruz bayramı qeyd olunub

Xankəndidə iftar süfrəsi açılıb

Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək

Fransada iki kəşfiyyat təyyarəsi toqquşub

Cənubi Koreyada Azərbaycan mədəniyyəti gecəsi və Novruz şənliyi təşkil olunub VİDEO

Rustem Umerov: Ukrayna və ABŞ nümayəndələri Qara dənizin, enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər

Xırdalanda restoranda baş vermiş yanğın söndürülüb

Bəzi marşrutların hərəkətində tam məhdudiyyət tətbiq olunacaq

Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər

Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb

Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib

“ADA Universitetində Azərbaycanın enerji və sənaye sektoru üçün strateji proqrama başladıq” - Turin Politexnik Universitetinin rektoru ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək

Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub VİDEO

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik”də ittiham olunur

Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib

Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb VİDEO

Azərbaycan Dillər Universitetində Çinin “Çunfen” bayramı qeyd olunub

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

Fransada bank işçiləri etiraz edirlər

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq