ELM VƏ TƏHSİL
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşrə hazırlanır
Bakı,12 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, xüsusi buraxılışda ümumi (9 illik) təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanışlıq mümkün olacaq. Jurnalda, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın birinci və ikinci mərhələləri üçün test tapşırığı nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər əksini tapacaq.
Nəşr olunacaq jurnalda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Ön söz”ü yer alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [19:33]
Mayın 5-6-da geomaqnit qasırğası olacaq
- 04.05.2024 [17:20]
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 04.05.2024 [14:55]
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
- 04.05.2024 [13:20]