ABŞ BAĞDADDA QALA-SƏFİRLİK TİKİR
AZƏRTAC xəbər verir ki, Britaniyanın “Qardian” qəzetinin yazdığına görə, ABŞ Bağdadda əsl qalanı xatırladan səfirlik binası tikir. Səfirlik İraq paytaxtında hökumət idarələrinin və xarici nümayəndəliklərin yerləşdiyi və ciddi mühafizə olunan “Yaşıl zona”da yerləşəcəkdir.
Binanın tikintisi üçün təxminən Vatikanın ərazisinə bərabər - 42 hektar sahə ayrılmışdır. İnşa olunması nəzərdə tutulan 27 binada 615 nəfər yerləşəcəkdir.
Qalın divarlar və örtüklər bomba və mərmi zərbələrinə dözümlü olacaqdır. Əməkdaşlar kiçik otaqlarda, səfir xüsusi mühafizə olunan 1500 kvadratmetrlik, müavini isə 890 kvadratmetrlik ayrıca evlərdə yaşayacaqlar.
Səfirliyin öz su və elektrik təchizatı sistemi olacaqdır. Kompleksi sentyabr ayında təhvil vermək planlaşdırılır. İlin sonunadək isə səfirliyin əməkdaşları işə başlayacaqlar.
Qəzetin yazdığına görə, 300 milyon dollara başa gələcək yeni diplomatik nümayəndəlik ən böyük və bahalı səfirlik binası olacaqdır.
Hazırda Amerika diplomatları əvvəllər Səddam Hüseynə məxsus olmuş saraylardan birində yerləşmişlər. Şərhçilərin fikrincə, bu, yerli əhaliyə mənfi təsir göstərir, sanki onlar diktatorun yerini tutmuşlar.
Lakin yeni nümayəndəlik binalarının tikintisi bu münasibəti çətin dəyişə bilər. ABŞ-ın İraqdakı keçmiş səfiri Edvard Pek demişdir: “Daha bu nə səfirlik oldu ki, diplomatlar mərmilərdən qoruyan qalın divarlar arxasında gizlənəcək, dəbilqə qoyacaq və qum torbalarının arxasında gizlənəcəklər?”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
- 14.11.2026 [05:45]
ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]
Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar
- 13.11.2026 [18:38]
Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb
- 13.11.2026 [18:31]