ABŞ BMT-Nİ HƏDƏLƏYİR
Bu bəyanatı ABŞ-ın BMT-dəki səfiri Con Bolton vermişdir. Onun sözlərinə görə, Birləşmiş Ştatların “təşkilata rəhbərlik və onun fəaliyyəti barədə hesabat verilməsi baxımından BMT-yə ciddi iradları var”.
Bolton demişdir: “Məgər yaxşı rəhbərliyi və korrupsiya olmamasını xahiş etmək qəbahətdir? BMT bütün diqqətini 2006-cı ilin sonunadək daxili islahatlar aparılmasına yönəltməlidir”. O vurğulamışdır ki, daxili islahata hələ başlanmadığı məlum olsa, onda BMT büdcəsinə ABŞ-ın ayırdığı maliyyə vəsaitinin məbləğinə yenidən baxılacaqdır.
Hazırda ABŞ-ın üzvlük haqqı 192 ölkənin üzv olduğu BMT-nin bütün illik büdcəsinin təxminən dörddəbir hissəsini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]