ABŞ-da bayraqlar yarıya qədər endirilib
Vaşinqton, 4 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın güllələnmiş əsgəri Sara Bekstromun xatirəsinə hörmət əlaməti olaraq ölkədə bütün bayraqların gün batana qədər yarıya endirilməsini əmr edib.
AZƏRTAC-ın məlumatına görə, bununla bağlı imzalanmış bəyannamədə Prezident bayraqların Ağ Evdə, bütün dövlət binalarında və ərazilərdə, hərbi postlarda və dəniz məntəqələrində, eləcə də Federal Hökumətin Kolumbiya dairəsində, Amerika Birləşmiş Ştatları, onun əraziləri və mülklərində yerləşən bütün gəmilərində yarıya qədər endirilməsini tapşırıb.
Həmçinin bayraqlar bütün ABŞ səfirliklərində, nümayəndəliklərində, konsulluq idarələrində və xaricdəki digər obyektlərdə, o cümlədən bütün hərbi obyektlərdə, dəniz gəmilərində və məntəqələrində bu gün ərzində yarıya qədər endirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [20:57]
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
- 12.11.2026 [20:31]
ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar
- 12.11.2026 [19:31]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]