DÜNYA
ABŞ-da bir gün ərzində koronavirusdan rekord sayda ölüm halları qeydə alınıb
Vaşinqton, 4 may, AZƏRTAC
ABŞ-ın səhiyyəsinin sisteminin nümayəndələri bildirdilər ki, son 24 saatda ölkədə 2909 nəfər COVID-19 koronavirusuna yoluxma nəticəsində dünyasını dəyişib. Bu, koronavirus böhranı dövründə ABŞ-da bir gün ərzində bu virusdan ölüm faizinin ən yüksək göstəricisidir.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən xəbər verir ki, mayın 1-dək ABŞ-da gündəlik ölüm faizinin ən yüksək göstəricisi 2471 nəfər idi. Bu rəqəm aprelin 23-də qeydə alınıb.
ABŞ-da gündəlik ölüm faizinin ən yüksək göstəricisi bir neçə ştatda qadağa və məhdudiyyətlərin yumşaldılmağa başladığı və müəssisələrin bir sıra növlərinin fəaliyyətinin bərpa etməsinə icazə verildiyi dövrdə qeydə alınıb. İctimai səhiyyənin nümayəndələri və epidemioloqlar xəbərdarlıq edirlər ki, mağazaların və restoranların açılması nəticəsində virus hələ bu epidemiya ilə üzləşməmiş icmalar arasında da sürətlə yayıla bilər.
Artıq iki həftədir ki, bir neçə ştatda bizneslərin açılması tələbi ilə etiraz aksiyaları keçirilir. Cümə günü 10 ştatda (Kaliforniya, Kolorado, Delaver, Florida, İllinoys, Nyu-Cersi, Nyu-Meksika, Nyu-York, Tennessi və Vaşinqton) etirazçılar tələb ediblər ki, hökumət məcburi karantin haqqında fərmanları və koronavirusun yayılmasını yavaşıtmaq üçün tətbiq olunan başqa fövqəladə tədbirləri ləğv etsin.
AZƏRTAC-ın Vaşinqton bürosu