DÜNYA
ABŞ-da “dünyanın ən sürətli qadını” vəfat edib
Bakı, 8 noyabr, AZƏRTAC
“Dünyanın ən sürətli qadını” adlandırılan amerikalı kaskadyor Kitti Onil 72 yaşında vəfat edib.
AZƏRTAC “Washington Post” qəzetinə istinadla xəbər verir ki, Onil noyabrın 2-də Kaliforniya ştatının Yurika şəhərində pnevmoniya xəstəliyindən həyatını itirib.
O, Hollivudun “Stunts Unlimited” kaskadyor studiyasına daxil olan ilk qadındır. Kitti Onil raket mühərrikli avtomobilin sükanı arxasında saatda 600 mil (saatda təxminən 966 kilometr) sürət yığaraq “dünyanın ən sürətli qadını” adına layiq görülmüşdü.
Kaskadyor qadın ən məşhur tryukunu “Wonder Woman” (“Möcüzə qadın”) çoxseriyalı bədii filmi üçün ifa edib: Los-Anceles şəhərindəki “Hilton” otelinin damından tullanıb və 127 fut (təxminən 39 metr) hündürlükdən hava yastığının üstünə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:03]
BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]
Rusiya Prezidentinin inauqurasiyası olacaq
- 07.05.2024 [12:11]
Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib
- 07.05.2024 [11:59]
Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq
- 07.05.2024 [11:26]