ABŞ-da iki helikopter qəzaya uğrayıb
Bakı, 28 aprel, AZƏRTAC
ABŞ-ın Alyaska ştatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Elmendorf-Riçardson Birgə Bazasının nümayəndəsinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata əsasən, iki "AH-64 Apache" helikopteri Hili yaşayış məntəqəsi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil.
Qəzanın səbəbi araşdırılır. Hadisə yerində xilasedicilər işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]