ABŞ-DA KİÇİK TƏYYARƏ QƏZAYA UĞRAMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, dekabrın 3-də ABŞ-ın Tennesi ştatının Kollecdeyl şəhəri yaxınlığındakı dağlıq bölgədə ikimühərrikli Çessna-412 təyyarəsi qəzaya uğramışdır. Yerli hakimiyyət orqanlarının nümayəndəsi bildirmişdir ki, pilot və 4 sərnişin həlak olmuş, ikinci pilot isə ağır vəziyyətdə xəstəxanaya qoyulmuşdur.
Kilsə nümayəndələrinin olduğu təyyarə havaya qalxandan bir qədər sonra yerə düşmüşdür. Qəzanın səbəbləri aydınlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [13:01]
ABŞ Prezidenti Donald Tramp Çinə səfər edib
- 18.11.2026 [12:49]
COPArt sərgisi Türkiyənin mirası kimi gələcək COP-larda da təqdim olunacaq
- 18.11.2026 [12:41]
Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkar ediblər
- 18.11.2026 [12:31]