ABŞ-DA KOLUMB GÜNÜ QEYD OLUNUR
Ənənəvi federal bayram olan Kolumb günü 1971-ci ildən oktyabr ayının ikinci bazar ertəsi qeyd edilir. Bu ənənənin əsasını 1860-cı illərdə italiyalı mühacirlər qoymuşlar. Həmin gün bütün ölkədə təntənəli yürüşlərlə yanaşı, idman bayramları, yarmarkalar, rəngarəng atəşfəşanlıq keçirilir. Şənlik iştirakçıları və qonaqlar “Pinta”, “Ninya” və “Santa-Mariya” gəmilərində səyahətə çıxmış Xristofor Kolumbun və onunla birlikdə səfərdə olmuş 90 dənizçinin xatirəsini yad edirlər.
Xristofor Kolumbun kim olması və onun, yoxsa vikinqlərin bu qitəni kəşf etməsi barədə mübahisələr hələ uzun illər sürəcəkdir. Lakin hindilərin çoxu hesab edir ki, onları kəşf edən, kimliyindən asılı olmayaraq, yerli əhaliyə hədsiz dərd-bəla, xəstəlik, yoxsulluq, ölüm gətirmişdir. Buna görə də hər il Kolumb günü Kolorado ştatının Denver şəhərində hindilər bayramın keçirilməsinə etiraz əlaməti olaraq yürüş təşkil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]