DÜNYA
ABŞ-da neft daşıyan qatar relsdən çıxmışdır
Bakı, 31 dekabr (AZƏRTAC). Amerikanın Şimali Dakota ştatındakı Kasselton şəhərinin yaxınlığında neft daşıyan yük qatarı başqa bir qatarla toqquşaraq relsdən çıxmışdır.
Röyter agentliyi bu barədə ştatın fövqəladə hallar idarəsinin nümayəndəsi Siseli Fonqa istinadla məlumat yaymışdır.
Hadisə Kasselton şəhərindən 1,5 kilometr Qərbdə baş vermişdir. Əvvəlcə içərisində soya paxlası olan yük qatarı relsdən çıxmış, sonra həmin qatar neft daşıyan qatarla toqquşmuşdur.
Hadisə yerində güclü yanğın baş vermiş, azı 5 dəfə güclü partlayış olmuşdur.
CNN telekanalının verdiyi məlumata görə, neftlə dolu 10 vaqon od tutmuşdur. Şəhərin yanğınsöndürmə xidməti təşvişə düşmüşdür, çünki qəza yerinin yaxınlığında etil spirti istehsal edən zavod yerləşir.
Hadisə yerində qəza briqadaları işləyir. İlkin məlumata görə, bu hadisə nəticəsində insanlar zərər çəkməmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]