SİYASƏT
ABŞ-DAKI AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI ÖLKƏMİZDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR BƏYANAT YAYMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ-dakı Azərbaycan diaspor təşkilatları ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat yaymışdır.
Bəyanatda bildirilmişdir ki, oktyabrın 15-də Azərbaycan xalqı öz konstitusiyon hüquqlarından istifadə edərək, gələcək 5 il üçün dövlət başçısını müəyyən edəcəkdir. Biz Amerika Azərbaycan Cəmiyyəti (ASA) və Azərbaycan-Amerika Şurası (AAC) ABŞ-da yaşayan Azərbaycan icmasının adından prezident seçkilərinin demokratik və şəffaf keçirilməsinə ümid edirik. İnanırıq ki, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi Azərbaycanın inkişafına və ABŞ-Azərbaycan strateji əlaqələrinin genişləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Ümid edirik ki, seçkilərin azad şəkildə keçirilməsi təmin ediləcək və xalqın rəyi əsasında seçilmiş prezident ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığı davam etdirəcəkdir.