ABŞ-də mənzil problemi kəskin hal alır
Bakı, 1 iyun, AZƏRTAC
ABŞ Mənzil və Şəhərsalma Departamentinin yeni hesabatına görə, Kaliforniyada evsizliyin ildən-ilə ən böyük azalması tendensiyası müşahidə olunur. 2025-ci ildə bu ştatın evsiz əhalisi 181.934 nəfər olaraq qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən təxminən 3 faiz azdır. Bu, Kaliforniyanı 2024-cü ildən bəri ən böyük azalmaların olduğu beş ştat arasında yerləşdirib. Daha böyük azalmalar İllinoysda (44 faiz), Havayda (41 faiz), Floridada (11 faiz) və Nyu-Yorkda (8 faiz) qeydə alınıb.
AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, bununla belə, Kaliforniya və Nyu-York ştatlarında mənzilə tələbat artır və sürətli urbanizasiya şəraitində problemini həlli daha da çətinləşir.
Rəqəmlər son bir ildə evsizliyə daha aqressiv yanaşma tətbiq edən qubernator Qevin Nyusomun müəyyən irəliləyişlər əldə etdiyini göstərir. O, 2025-ci ilin may ayında Kaliforniyada urbanizasiya probleminin həllinə dair nümunəvi sənəd təqdim edib, həmçinin mənzil və narkotik maddələrdən istifadə ilə mübarizə proqramlarını genişləndirmək üçün seçicilər tərəfindən təsdiqlənmiş 3,3 milyard dollarlıq maliyyələşdirmə planının açıqlayıb.
Ekspertlər qeyd edirlər ki, Tramp administrasiyası birillik azalmanın əhəmiyyətini minimuma endirib və evsizliyin 2013-cü ildən bəri 27 faiz artdığı vurğulanıb.
Departamentin katibi Skott Törner məlumatların mövcud “Mənzil birinci yerdə” yanaşmasının evsizliyi əhəmiyyətli dərəcədə azaltmaqda uğursuz olduğunu və böhran səviyyəsində küçə evsizliyinə töhfə verdiyini göstərdiyini bildirib.
O, proqramların bərpa, özünütəminat və dövlət tərəfindən maliyyələşdirilən müavinətlərin Amerika ailələrini dəstəkləməsini təmin etməyə yönəltdiyini deyib. Eyni zamanda, administrasiya 2025-ci ildəki azalmanı immiqrasiya siyasəti ilə əlaqələndirir.
Rəqəmlər federal səviyyədə daha çox insanın sığınacaqlarda qalmasını və ya bir gecə açıq havada yatmasını göstərir. 2025-ci ilin yanvar ayında aparılan sorğuda ABŞ-də 745.652 nəfərin evsiz qaldığı aşkar edildi. Ştatların qubernatorları mənzil probleminin həlli üzrə uğurlu “Təcili mənzil vauçeri” proqramı həyata keçirir, sığınacaqsız evsizliyin həlli üçün yeni vəsaitlər ayırırlar.
Urbanistlər qeyd edirlər ki, administrasiyanın daimi mənzil proqramlarına təklif etdiyi əlavələr azı 170 min insanı təkrarən küçələrə geri qayıtmağa məcbur edə bilər. Onların fikrincə, bunun bir səbəbi də son aylar əhalinin rifahının pisləşməsidir.