SİYASƏT
ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN MOSKVA GÖRÜŞÜNDƏN RAZIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərinin Moskvadakı görüşündən razıdır. Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi Mark Toner bildirmişdir ki, ABŞ Dağlıq Qarabağla bağlı müzakirələrin Əsas Prinsiplər çərçivəsində davam edəcəyinə ümid bəsləyir. O demişdir: “Biz, tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları davam etdirmək öhdəliklərindən məmnunuq. Minsk qrupunun həmsədrləri sentyabrda BMT Baş Məclisinin sessiyası çərçivəsində Nyu-Yorkda, bu həftənin sonunda isə Moskvada görüşmüşlər. Ümid edirik ki, münaqişənin dinc yolla həlli üçün bu müzakirələri Əsas Prinsiplər çərçivəsində davam etdirəcəyik”.