ABŞ GÜRCÜSTANDA HƏRBİ TƏLİM KEÇİRƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gələn ayın ortalarında Tbilisi yaxınlığındakı Vaziani hərbi poliqonunda “Təcili cavab-2008” adlı hərbi təlim keçiriləcəkdir. Builki beynəlxalq hərbi təlim ABŞ Silahlı Qüvvələrinin Avropa üzrə komandanlığı tərəfindən keçiriləcəkdir.
Vazianidə keçiriləcək hərbi təlimdə ABŞ-ın Milli Qvardiyasının əsgərləri ilə Gürcüstan ordusunun hərbi dəniz bölmələrinin ehtiyatda olan qüvvələri və əsgərləri, Azərbaycan, Ermənistan və Ukraynanın müdafiə nazirliklərinin nümayəndələri də iştirak edəcəklər. Hərbi təlimdə iki min əsgər öz qabiliyyətini nümayiş etdirəcəkdir. Təşkilatçıların sözlərinə görə, təlimin keçirilməsinin Gürcüstanın münaqişə zonalarında vəziyyətlə heç bir əlaqəsi yoxdur və əsas məqsəd döyüş zamanı hərbi texnikanın sürətlə tətbiq edilməsinin mənimsənilməsidir. Təlimlərin keçirilməsi prosesində gürcü əsgərləri bəzi məsələləri amerikalılardan öyrənəcəklər və əksinə. Təlimin keçirilməsi üçün 7 milyon ABŞ dolları ayrılacağı bildirilir.
Xatırladaq ki, oxşar təlimlər 2005-ci və 2006-cı illərdə Bolqarıstanda, 2007-ci ildə isə Polşada keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]