DÜNYA
ABŞ-ı cənginə alan güclü istilər planetimiz üzrə temperatur rekordunu ötüb keçə bilər
Bakı, 29 iyun (AZƏRTAC). Birləşmiş Ştatların qərbində havanın temperaturu hazırda 45 dərəcədir.
Sinoptiklərin sözlərinə görə, bu göstərici son hədd deyildir. Yaxın günlərdə temperatur yenə də yüksələcəkdir
Güclü istilər hətta meteomüşahidələrin aparılmağa başladığı bütün dövr ərzində planetimiz üzrə temperatur rekordunu ötüb keçə bilər.
Belə bir göstərici düz yüz il əvvəl qeydə alınmışdır. O vaxt Kaliforniyanın Ölüm Vadisində havanın temperaturu, demək olar, 57 dərəcəyə çatmışdı.
Bir neçə ştatda boğucu istilərə hazırlıq başlanmışdır. Arizona və Yuta ştatlarında “sərinləşdirici mərkəzlər” açılır. Burada dincəlib su içmək olar.
Anormal qızmar hava bütün qərb sahilboyunda aviareyslərin cədvəlini poza bilər. Aviadaşıyıcılar xəbərdarlıq edirlər: temperatur 50 dərəcəyə çatsa, reyslərin çoxu ləğv ediləcəkdir.