Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

ABŞ-ın “Bukharian Times” qəzeti: “Nyu-Yorka xoş gəlmisən, kraliça Zeynəb!”

Nyu-York, 3 aprel (AZƏRTAC). Hələ bir ay bundan əvvəl Nyu-Yorkda yaşayan Qafqaz və Mərkəzi Asiya mənşəli mühacir icmalar arasında belə bir xəbər yayılmışdı: Bahar fəslinin ən gözəl hədiyyəsi martın sonunda baş verəcəkdir: Keçmiş SSSR-nin və Azərbaycanın Xalq Artisti, dünya şöhrətli müğənni, milyonlarla insanın sevimlisi Zeynəb Xanlarova ABŞ-a qastrol səfərinə gələcəkdir.

Martın 27-də Zeynəb Xanlarovanı qarşılamaq üçün onlarla pərəstişkarından ibarət beynəlmiləl nümayəndə heyəti Nyu-Yorkun Con Kennedi adına hava limanına gəlmişdir. Əllərində Azərbaycanın və ABŞ-ın dövlət bayraqları, qucaq dolu gül-çiçək dəstələri ilə azərbaycanlı, tacik, özbək, rus, türkmən və qazax icmalarının üzvləri, yerli KİV nümayəndələri səbirsizliklə onu gözləyirdilər. Bu da səbəbsiz deyildi. Axı, Zeynəb Xanlarovanın ABŞ-a sonuncu qastrol səfəri iyirmi üç il bundan əvvəl olmuşdu. O zaman Zeynəb Xanlarova Nyu-York, Sinsinati və Los- Ancelesdə konsert proqramları ilə çıxış etmişdi.

Bu dəfə isə Azərbaycanın əfsanəvi səsi Nyu-York şəhərində cəmi iki konsert verməli idi. Məhz həmin səbəbdən də onun pərəstişkarları bu müddətin bir dəqiqəsini belə itirməyərək, sevimli müğənnilərini Amerika torpağına ayaq basan andan görmək istəyirdilər.

Martın 30-da Zeynəb Xanlarovanın Bruklinin 1400 nəfərlik “Millenium” Teatrında konsertinin ilk günündə yerli “Bukharian Times” qəzetinin üz səhifəsi “Nyu-Yorka xoş gəlmisən, kraliça Zeynəb!” başlığı ilə çıxmışdır. Azərbaycanın və Buxaranın yəhudi icmalarının birgə təşkil etdikləri Zeynəb Xanlarovanın qastrol səfəri “Dostluq mahnıları” adı altında reallaşırdı.

Həm martın 30-da, həm də aprelin 1-də Kuins Kollecininin 2400 tamaşaçı tutumu olan Kolden zalında verilən konsertlər anşlaqla keçmişdir. Minlərlə mühacir icmasının üzvü Azərbaycanın səhnə ulduzunun illərdən bəri sevdiyi, əzbər bildiyi mahnılarını yenidən dinləmək imkanı qazanmış, xəyalən Vətənə dönmüş, gəncliklərini yaşamışlar. Auditoriya arasında gənc nəslin çoxsaylı nümayəndələri də gözə dəyirdi. Onlar da etiraf edirdilər ki, Zeynəb xanım evlərində ən çox dinlənilən ifaçılardan olduğuna görə əfsanəvi səhnə ulduzunu canlı görməkdən böyük sevinc hissi duyurlar.

Zeynəb Xanlarova səhnəyə mavi və parıltılı daşlarla bəzədilmiş gözəl ağ libasda çıxanda bütün zal ayağa qalxaraq əfsanəvi ulduzu alqışlamağa başladı. Azərbaycanın dünya şöhrətli qızı isə əlinə mikrofon alıb dedi: “Səhnədə olduğum ilk gündən bir dəfə də olsun konsertlərimdə fonoqramla oxumamışam. Bu yaşımda da başlamaq fikrim yoxdur. Mən tamaşaçıma hörmət edirəm. Ona görə bu gün də ifam canlı olacaqdır.”

Bu sözləri gurultulu alqışlarla qarşılayan tamaşaçılar Zeynəb Xanlarovanın daha bir neçə yumorlu xatirələrini dinlədilər: “1989-cu ildə Amerikaya qastrol səfərim zamanı ifa etdiyim mahnılardan biri də “Reyhan” idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən zal bu mahnını böyük rəğbətlə qarşıladı. Mən niyə məhz bu mahnıya belə reaksiya olduğuna təəccübləndim. Sonra tərcüməçimiz başa saldı ki, mahnınızın ABŞ Prezidenti Reyqanın haqqında olduğunu düşünürlər. Konsertlər zamanı məni səhnədən zorla aparırlar. Özüm konserti heç vaxt bitirmirəm. Görəcəksiniz, bu gün də belə olacaqdır”.

Bu sözlərdən sonra səhnə musiqiçilərin ixtiyarına verildi. Planlaşdırılmış iki saat əvəzinə, Zeynəb xanımın Azərbaycan, türk, fars, gürcü, özbək, rus dillərində mahnılardan ibarət konserti fasiləsiz iki saat yarım davam etdi. Təşkilatçılar səhnə arxasından konserti yekunlaşdırmağa eyham vuranda, bütün zal təbəssümə büründü- Zeynəb xanım doğru deyirmiş, onu gəlib aparmayınca konserti öz xoşu ilə bitirmir.

Qastrol konsertlərinin sonuncu günü onlarla fəxri ad və mükafat sahibi olan Zeynəb Xanlarova daha bir mükafata layiq görüldü. Bu dəfə Nyu-York Ştatı Milli Assambleyasının üzvü Rori Lankman Azərbaycan mədəniyyətini bütün dünyada şöhrətləndirən, istedadı ilə müxtəlif mənşəli neçə-neçə incəsənət adamını ruhlandıran, sözün əsl mənasında beynəlmiləl ulduz olan Zeynəb Xanlarovaya Nyu York ştatı və Nyu-York icmaları adından ehtiram ifadə edən sənədi təqdim etdi.

Azərbaycanın görkəmli incəsənət simalarından birinin Nyu-Yorkdakı qastrol konsertləri unudulmaz xatirələrlə yadda qalmışdır. Konsertdən sonra təəssüratlarını AZƏRTAC ilə bölüşən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri qürur və sevgilərini dilə gətirirdilər.

Nyu-Cersi ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri: “Mənim üçün konsert çox emosional idi. Hər mahnı keçmişi xatırladırdı: Azərbaycanın bizə nə qədər əziz olduğu, Amerikada böyüyərkən Vətənimizin ailəmiz üçün nə demək olduğu, mərhum anamın, əmilərimin, babamın burada milli mənliyimizi qoruyub saxlanması üçün etdikləri yadıma düşərkən göz yaşlarımı saxlaya bilmirdim. Zeynəb xanımın Amerikaya 1989-cu ildəki ilk qastrol səfəri bizim üçün böyük hadisə idi. Bu gün onun səsini dinləyərkən bütün ailəmizin təxminən 23 il bundan əvvəl birlikdə olduğunu, konsertə birlikdə gəldiyimizi düşünüb kövrəlirdim”.

Meyn ştatının Azərbaycan icmasının başçısı Tərlan Əhmədov: “Mən ailəmlə altı saat maşın sürüb Meyn ştatından bu konsertdə iştirak etmək üçün gəlmişəm. Azərbaycan səhnəsinin korifeylərindən biri olan Zeynəb Xanlarovanın bu yaşda fasiləsiz iki saatdan çox canlı ifası onun bütün dünyada yaşayan azərbaycanlıların milli qürur mənbəyinə çevrilməsi səbəblərini aydın nümayiş etdirdi. Həm Zeynəb Xanlarovanın, həm də onun istedadlı musiqiçilərdən ibarət ansamblının bizə bəxş etdikləri anları heç zaman unutmayacağıq. Bütün icmamız adından Zeynəb xanıma bu bahar fəslində möhkəm cansağlığı, uzun ömür və bundan da böyük uğurlar arzu edirik. ”

Azərbaycan Nyu-York Assosiasiyasının katibi Minəvvər Vahabova: “Bu görüşün sevincini çatdırmaq çox çətindir, onun həddi-hüdudu yoxdur. Mən inanıram ki, bu günün sevinci və xoş təəssüratı uzun zaman yaddaşlardan silinməyəcəkdir. Rəngarəng repertuarla çıxış edən Zeynəb xanım öz canlı ifası ilə zalda olan tamaşaçıları heyran etdi. Biz Zeynəb Xanlarovanın timsalında bir daha əsl sənətin, əsl musiqinin, əsl sənətkarın nə demək olduğunu duyub anladıq.. Biz qərib ölkədə yaşayan azərbaycanlıların gözü hər zaman yoldadır, hər zaman Vətəndən gələn qonaqların yolunu gözləyirik. Arzulayırıq ki, Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, musiqisi, teatr sənəti, muğamı bütün dünyada tanınsın.”

Konsertdən sonra Zeynəb Xanlarova ABŞ-a budəfəki qastrol səfəri ilə bağlı AZƏRTAC-a qısa müsahibə vermişdir.

-Zeynəb xanım, Birləşmiş Ştatlara iyirmi üç illik fasilədən sonra xoş gəlmisiniz. Konsertləriniz necə keçdi, Vətənə hansı təəssüratlarla qayıdacaqsınız?

- Qafqaz və yəhudi icmaları məni bu dəfə dəvət edəndə, Amerikadakı pərəstişkarlarımın intizarına son qoyub gəlməyə qərar verdim. Bilirəm ki, hər yerdə məni sevənlər gözləyirlər. Amerikada da həmçinin. Gördünüz ki, zal tam dolu idi. Heç kim konsertin bitməsini istəmirdi. Axırda təşkilatçılar məcbur olub bizi dayandırdılar ki, zalın kirayə vaxtı bitmişdir. Mən həmişə saatlarla oxumağa hazıram. Bu sənəti qəlbən sevirəm və özümü səhnədən ayrı təsəvvür edə bilmirəm. Amerikaya ötən dəfə qastrol səfəri daha geniş şəkildə keçmişdir. O zaman biz, Los-Anceles, Nyu-York, Çikaqo, Sinsinati və daha bir neçə şəhərdə olduq, hər yerdə böyük rəğbətlə və məhəbbətlə qarşılandıq. ABŞ çox gözəl ölkədir, insanları mehribandır. Şadam ki, burada da tamaşaçı sevgisi qazana bilmişəm. Nə qədər ki, onların sevgisi var, mən oxuyacam.

- Auditoriyanız doğrudan da beynəlmiləl idi. Sirr deyil ki, sizin yaradıcılığınız hətta bizim iyirmi ildən çox münaqişədə olduğumuz Ermənistanda da sevilir, izlənilir. Ermənilər sizin bütün mahnıları öz dillərində ifa edirlər.

-Elədir. Mən 1978-ci ildə Ermənistan SSR-in xalq artisti adına layiq görülmüşdüm. Hətta eşitdiyimə görə, bu yaxınlarda ermənilər yeni mahnılarımdan olan “Yaman könlümə düşmüsən” mahnısını oxumağa başlayıblar. Bu yaxınlarda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistana səfər etmişdi. Danışırdı ki, çoxları ondan mənim yeni diskimin olub-olmamasını soruşurdular. Xalqlarımız arasında nifaq salan qüvvələrə lənət olsun. İnsanlıq naminə, ümid edirəm ki, münaqişə həll ediləcək və biz yenə də sülh şəraitində yaşayacağıq.

-Zeynəb xanım, bu il ömrünüzün 76-cı baharını yola saldınız. Sizi səhnədə görənlər heyran qaldılar. Sirr deyilsə, təravətinizi, şuxluğunuzu, gözəlliyinizi necə saxlayırsınız?

-Məni yaşadan və gənc saxlayan xalqımın, millətimin sevgisi, dövlətimdən gördüyüm qayğı və hörmətdir. Mən iki gözəl, məni həmişə fərəhləndirən övlad anasıyam, uzun illərdir Milli Məclisin deputatıyam. Sənətimi həmişə sevmişəm, onun vurğunu olmuşam. Xalqım da bunun müqabilində həmişə məni qiymətləndirmiş, əziz tutmuşdur. Mən dünyanın ən xoşbəxt insanlarından biriyəm. Yeganə arzum budur ki, Allah səsimi əlimdən almasın. Nə qədər ki, səsim var, səhnədə olacam, məni sevənləri gözü yolda qoymayacam.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib