ABŞ-ın Dövlət katibi İordan çayının Qərb sahilinə və İsrailə səfər edəcək
Bakı, 22 may, AZƏRTAC
ABŞ-ın dövlət katibi Entoni Blinken mayın 26-27-də Fələstin və Təl-Əviv arasında əldə olunan atəşkəs rejimini müzakirə etmək üçün İordan çayının Qərb sahilinə və İsrailə səfər edəcək.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin planları ilə tanış olan mənbə məlumat verib.
Bir qədər əvvəl Entoni Blinken yaxın günlərdə Yaxın Şərq regionuna gedərək Fələstin və İsrail rəhbərliyi ilə görüşlər keçirmək niyyətində olduğunu bildirmişdi.
Mənbənin məlumatına görə, ABŞ-ın Dövlət katibi Yaxın Şərqə səfəri zamanı Misiri də ziyarət edəcək.
Mayın 21-i yerli vaxtla gecə saat 02:00-da Qəzza sektorunda yerləşən qruplarla İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. Atəşkəs 11 günlük raket zərbələrindən sonra Misirin aktiv vasitəçiliyi ilə əldə edilib.
Xatırladaq ki, mayın 10-dan Fələstinlə İsrail ordusu arasında başlayan silahlı qarşıdurma nəticəsində İsrail tərəfdən 12 nəfər, Fələstin tərəfdən isə aralarında 66 uşağın olduğu 243 nəfər həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]