SİYASƏT
ABŞ-IN FLORİDA ŞTATINDA AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ GECƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Florida ştatının Mayami şəhərində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gecə keçirmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, gecədə Mayamidə yaşayan azərbaycanlılar, türk və yəhudi diasporlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova ulu öndər Heydər Əliyevə həsr olunmuş fotosərgini və Mayamidə rus dilində çıxan həftəlik “Express-Kurier” qəzetində çap olunmuş məqaləni qonaqlara təqdim etmişdir.
Gecədə çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşmüşlər. Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.