ELM VƏ TƏHSİL
ABŞ-ın “Kinemetrics” şirkətinin vitse-prezidenti AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olub
Bakı,1 aprel AZƏRTAC
ABŞ-ın “Kinemetrics” şirkətinin vitse-prezidenti Ogie Kuraica Azərbaycan Milli Elmlərb Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə əlaqələrin genişləndirilməsi, Xəzər dənizində quraşdırılacaq dəniz dibi seysmik stansiyaları ilə bağlı görüləcək hazırlıq işləri ətrafında müzakirələr aparılıb.
O.Kuraica Dubayda və Qətərdə quraşdırılacaq seysmik stansiyalar şəbəkəsinin yaradılmasında azərbaycanlı mütəxəssislərin də iştirak etməsi təklifini irəli sürüb.