SİYASƏT
ABŞ-IN MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN RƏSMİ SAYTINDA DAĞLIQ QARABAĞIN QEYRİ-QANUNİ HÖKUMƏTİ SEPARATÇI ADLANDIRILMIŞDIR
Bakı, 12 dekabr (AZƏRTAC). ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmi saytında Dağlıq Qarabağın qeyri-qanuni hökuməti separatçı rejim adlandırılmışdır.
Saytda Ermənistan ilə bağlı bölmədə deyilir ki, Ermənistan ilə Azərbaycan arasında müharibə nəticəsində etnik erməni hərbi qüvvələri təkcə Dağlıq Qarabağı deyil, həmçinin Azərbaycanın böyük bir hissəsini də zəbt etmişdir.
Burada, həmçinin xüsusi vurğulanır ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağı və ətraf əraziləri işğal altında saxladığına görə Türkiyə Ermənistanla sərhədlərini bağlamışdır.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmi saytında Dağlıq Qarabağ Azərbaycanın ərazisi, mərkəzi şəhəri isə Stepanakert deyil, Xankəndi kimi göstərilmişdir.
######