ABŞ-ın neft ehtiyatları artıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları artır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,1 milyon barrel (0,3 faiz) artaraq 417,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,4 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 6,9 milyon barrel geriləmişdi.
ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,8 milyon barrel (0,3 faiz) artaraq 229,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,9 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,7 milyon barrel azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]