ABŞ-ın neft ehtiyatları artıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2 milyon barrel (0,4 faiz) artaraq 500,4 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,4 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə də neft ehtiyatları artmışdı.
ABŞ-ın strateji neft ehtiyatlarının həcmi isə 647,9 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3 milyon barrel (1,3 faiz) azalaraq 231,9 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə artmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:09]
Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar
- 12.11.2026 [16:20]
“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq
- 12.11.2026 [16:11]
Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib
- 12.11.2026 [15:39]