DÜNYA
ABŞ-ın neft ehtiyatları artır
Bakı, 15 noyabr, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,2 milyon barrel (0,5 faiz) çoxalaraq 449 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,6 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 7,9 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə 1,4 milyon barrel azalaraq 639,5 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,9 milyon barrel (0,9 faiz) artaraq 219,1 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,9 milyon barrel geriləmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]