ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRLİYİ KİÇİK QRANTLAR PROQRAMININ NÖVBƏTİ MƏRHƏLƏSİNƏ BAŞLAMIŞDIR
Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirliyin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı üzrə növbəti mərhələyə aid layihə təkliflərinin qəbulunu başa çatdırmışdır.
Təqdim olunmuş layihələr “Səmərəli idarəçilik və ictimai sahədə şəffaflıq”, “İnsan alveri və bununla əlaqədar qadın problemi”, “Ədalətli və şəffaf seçkilər”, “İcmada liderlik” mövzularını əhatə edir.
Kiçik Qrantlar Proqramının əsas məqsədi Azərbaycanda demokratik təsisatların inkişafını dəstəkləyən xüsusi layihələrin maliyyələşdirilməsini təmin etməkdir. Qrantlar əsasən, qeyri-hökumət, qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulub. Təhsil və icma təşkilatlar da proqramda iştirak edə bilərlər.
Demokratiya Komissiyası proqramın yaz mərhələsi üçün müsabiqənin başlandığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf
- 03.05.2024 [23:19]
Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [23:10]
Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib
- 03.05.2024 [22:11]