SİYASƏT
ABŞ-ın Tennessi ştatı Xocalı qətliamını tanımışdır
Vaşinqton, 19 mart (AZƏRTAC). Martın 18-də ABŞ-ın Tennessi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu bildirilir.
Konqresmen Co Tauns tərəfindən hazırlanmış, konqresmenlər Hardavey və Kuperin dəstək verdikləri HR0048 nömrəli qətnamə layihəsi Nümayəndələr Palatasına təqdim edilmiş, 92 konqresmen layihənin lehinə səs vermişdir.
Xatırladaq ki, Tennessi ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Massaçusets, Texas, Meyn, Nyu-Cersi, Corciya, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilmişdir.
Yusif Babanlı
Vaşinqton