ABŞ İNFORMASİYA MÜHARİBƏSİNİ UDUZUR
Nazir razılaşmışdır ki, “ekstremistlər istifadə etdikləri metod və üsullarla öz məqsədlərinə çatırlar. Düşmənlərimiz indiki informasiya texnologiyaları əsrində müharibəni səmərəli aparmağı öyrəndikləri halda, ölkəmiz, hökumətimiz bunu əksər halda öyrənməmişlər”. Bundan başqa, o, “Əl-Qaidə”nin liderlərindən biri Aymən əz-Zəvahirinin haqlı olduğunu da etiraf etmişdir. Əz-Zəvahiri dəfələrlə bildirmişdir ki, “Əl-Qaidə” müsəlmanların qəlbinə və düşüncələrinə hakim kəsilmək uğrunda mübarizə aparır.
Bununla əlaqədar Ramsfeld vurğulamışdır ki, müsbət ictimai rəy yaradılması uğrunda mübarizə İraq və Əfqanıstan ərazilərində aparılan döyüş əməliyyatlarından heç də az əhəmiyyətli deyildir.
ABŞ hərbi idarəsinin başçısı demişdir ki, ekstremist qruplaşmaların çevikliyi və operativliyi informasiya müharibəsində onların üstünlüyü olduğu halda, Amerikanın bürokratiya maşını müasir informasiya texnologiyalarını hələ də tam mənimsəməmişdir.
Xatırladaq ki, “Əl-Qaidə” təbliğat məqsədi ilə internetdən fəal istifadə edir. Onun müraciətlərinin videoyazıları bir çox peyk telekanalları vasitəsilə də geniş yayımlanır.