ABŞ İRANA SON MÖHLƏT VERİR
Dövlət katibi Kondoliza Raysın və onun həmkarlarının hazırladıqları plana əsasən, İran oktyabrın əvvəllərinədək özünün nüvə proqramını dayandırmağa və danışıqlara başlamağa razılıq verməlidir. Rays əvvəlki ultimatumu yerinə yetirmədiyi üçün İrana qarşı qadağa tətbiq olunması haqqında BMT Təhlükəsizlik Şurasının tələblərini rədd etmişdir. Lakin vurğulamışdır ki, ABŞ Konqresi həmin məsələnin həllində son dərəcə maraqlıdır.
Xatırladaq ki, yeni son möhlət 4 ay ərzində artıq dördüncüdür. ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Çin və Rusiya uranın saflaşdırılması proqramını dondurmağa razılıq verəcəyi təqdirdi İrana dəstək tədbirlərini müzakirə etmək üçün iyunun 1-də toplaşmış və iyunun axırınadək cavab istəmişdilər. Sonra həmin müddəti iyuladək uzatmış, daha sonra Təhlükəsizlik Şurasının qərarında son möhlət avqustun axırlarına təyin olunmuşdu.
ABŞ-ın rəsmi şəxsləri bildirirlər ki, oktyabrın əvvəlləri axırıncı son möhlətdir. Lakin Avropa diplomatlarından biri demişdir ki, bu möhlət də uzadıla bilər.
ABŞ nümayəndələrindən biri İranla danışıqlara başçılıq edən Avropa İttifaqının xarici siyasət üzrə komissarı Xavyer Solananın səyləri haqqında danışarkən demişdir: “Biz Solanaya nə qədər möhlət verəcəyimizi bilirik. Artıq son möhləti dəqiq müəyyənləşdirmişik”.
İranlı həmkarı Əli Ləricani ilə çoxlu danışıqlar aparan Solana yeni danışıqların başlanması üçün münasib şərtləri hazırlamağa çalışır. ABŞ Ləricaniyə Solana ilə Nyu-Yorkda görüşməsi üçün viza da vermişdir, lakin İran nümayəndəsi gəlməmişdir.
Ləricani ilə Solana gələn həftə Avropa ölkələrindən birində danışıqlar aparmağı qərara almışlar.