ABŞ-nin neft ehtiyatları azalır
Bakı, 8 oktyabr, AZƏRTAC
ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3 milyon 200 min barel azalaraq 424 milyon 100 min barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 900 min barel artacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 800 min barel azalaraq 283 milyon barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 400 min barel artaraq 204 milyon 700 min barel təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]