DÜNYA
ABŞ PXENYANIN CƏHDİNİ RƏDD ETDİ
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Riçard Bauçer bildirmişdir ki, Yaponiya bu danışıqlarda iştirak etməlidir, çünki KXDR-in qonşusudur və Koreya yarımadasında baş verən hadisələr Yaponiyanın milli təhlükəsizliyinə bilavasitə toxunur.
Amerika diplomatı Şimali Koreya XİN-in bəyanatını şərh edərək vurğulamışdır ki, KXDR-in nüvə və raket proqramları ilə əlaqədar problemlərin tənzimlənməsi işində Yaponiyanın həyati əhəmiyyətli mənafeləri təhlükə qarşısında qalmışdır. Belə ki, KXDR hökuməti Yaponiyanı “nüvə böhranından dincliklə çıxmaq yolunun axtarışında maneə” adlandırmış və “ABŞ ilə dialoqa qarışmaqda” təqsirləndirmişdir.
Xatırladaq ki, Yaponiya KXDR-lə avqustda Pekində aparılmış altıtərəfli danışıqların birinci dövrəsində ABŞ, Cənubi Koreya, Çin və Rusiya ilə birlikdə iştirak etmişdir.