ABŞ QIRGIZLARDAN “QİSAS ALDI”
Qırğızıstan XİN informasiya şöbəsinin əməkdaşı vəziyyətə aydınlıq gətirərək bildirmişdir ki, “Vaşinqtondan gələn məmur Bişkekdə baş verən hadisədə MTX-nin əli olduğunu qeyd etmişdir. Lakin ABŞ-dan çıxarılan Qırğızıstan zabitlərinə Amerika tərəfinin heç bir iddiası yoxdur”.
MTX-nin nümayəndələri polislərin nəzarəti ilə hava limanına gətirilmiş və kursların başa çatmasına dörd gün qalmış vətənə yola salınmışlar. Onlara təlim keçdikləri barədə sertifikat verilməmişdir. ABŞ-ın Bişkekdəki səfirliyi buna şərh verməkdən imtina etmişdir.
Xatırladaq ki, iyulun əvvəllərində Qırğızıstan XİN xüsusi xidmət orqanlarının məlumatına əsasən ABŞ-ın Bişkekdəki səfirliyinin iki əməkdaşını “suveren Qırğızıstan Respublikasının daxili işlərinə kobud müdaxiləyə görə” arzuolunmaz şəxslər elan etmiş və ölkədən çıxarmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]