ABŞ SƏFİRİ İLƏ GÖRÜŞ
MEA-nın Yer elmləri bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqlar geodinamik tədqiqatlar və seysmik monitorinq mərkəzində aparılan geoloji tədqiqatların nəticələri ilə tanış olmuşlar. İnstitutun seysmologiya şöbəsinin müdiri Bəhruz Pənahi və şöbənin aparıcı elmi işçisi Rauf Həsənov bildirmişlər ki, ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantı hesabına yaradılmış mərkəz Azərbaycan
ərazilərinin müasir geodinamik şəraitini öyrənir, həmçinin ölkəmizdə və ona yaxın ərazilərdə baş verən zəlzələlərin gücünü dərhal müəyyən edir, yer qabığında gedən və zəlzələyə səbəb olan seysmik prosesləri izləyir.
Səfir Geologiya İnstitutu ilə ABŞ-ın elmi tədqiqat institutları, universitetləri, neft şirkətləri və digər təşkilatları arasındakı əməkdaşlığın başqa istiqamətləri barədə də maraqlanmışdır. R.Harniş verilən məlumatlardan razı qaldığını bildirmişdir. Görüşdən xatirə olaraq, diplomata institutun nəşr etdiyi "Xəzər regionunun karbohidrogen potensialı" və "Palçıq vulkanları haqqında hər şey" kitabları hədiyyə olunmuşdur.