ABŞ SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Oktyabrın 26-da Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş ilə görüş keçirilmişdir. Akademiyanın rektoru, Seyfəddin Qəndilov ölkələrimiz arasında əlaqələrin genişlənməsindən, ABŞ-Azərbaycan münasibətlərinin inkişafından söz açmışdır. O, hər iki dövlət arasında təmasların intensivləşməsində səfirlik əməkdaşlarının xidmətini də vurğulamışdır.
Səfir Rino Harniş görüşün iştirakçılarına ABŞ-da qarşıdakı prezident seçkilərinə hazırlıq barədə məlumat vermişdir. Təmsil etdiyi dövlətin xarici siyasətindən, iqtisadiyyat, elm və təhsilin inkişafından danışmış, səfirliklə bu tədris ocağı arasında sıx əməkdaşlıq yaranmasından məmnun olduğunu ifadə etmişdir. Səfir görüş iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]