Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ Senatının xarici əlaqələr komitəsi Riçard Morninqstarın Azərbaycanda səfir vəzifəsinə namizədliyini müzakirə etmişdir

Vaşinqton, 14 iyun (AZƏRTAC). İyunun 13-də ABŞ Senatının xarici əlaqələr komitəsində senator xanım Cin Şahinin sədrliyi ilə keçirilən dinləmələr zamanı ABŞ-ın Azərbaycan Respublikasında, Niderland Krallığında və Surinam Respublikasında səfir postuna namizədləri nəzərdən keçirilmişdir.

Xarici əlaqələr komitəsinin sədri demokrat senator Con Kerri hər üç diplomatı təqdim edərək Azərbaycanda səfir postuna namizəd Riçard Moninqstar haqqında danışaraq demişdir ki o, həmin vəzifəyə tələb olunan meyarlara, məsuliyyətə, bölgə barədə dərin biliyə və geniş təcrübəyə malikdir. “Bu namizədlik olduqca vaxtında irəli sürülmüşdür”, - deyən senator Kerri ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli yolunun tapılması ABŞ üçün bölgədə üzləşdiyi ən vacib məsələdir. Komitə sədri həmkarlarını səfir postuna namizədləri dəstəkləməyə və onların təsdiqi prosesini tezliklə yekunlaşdırmağa çağırmışdır.

Dinləmələrdə sədrlik edən Nyu-Həmpşir ştatından demokrat senator Cin Şahin də müzakirələrdə çıxış edərək Azərbaycanı strateji əhəmiyyətli Xəzər bölgəsində ABŞ-ın vacib tərəfdaşı adlandırmışdır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edildiyini diqqətə çatdıran xanım Şahin xatırlatmışdır ki, hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan bu yaxınlarda NATO-nun zirvə toplantısında Alyansın “sülh tərəfdaşı” kimi iştirak etmişdir. Bildirilmişdir ki, İraqda, Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verən Azərbaycan bu gün Əfqanıstana koalisiya qüvvələrinin təchizatında mühüm keçiddir. Nəhəng enerji ehtiyatları olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayaraq həm də Şərq dəhlizinin aparıcı hissəsidir. Senator Şahin Ermənistan ilə Azərbaycan arasında təmas xəttində son günlər artan gərginlikdən narahatlığını bildirmiş, hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə çağırmışdır. O demişdir: “Münaqişənin hərbi həlli yolu yoxdur, davamlı zorakılıq hər iki tərəf üçün fəlakətli ola bilər. Uzunmüddətli həll yolunun tapılması üçün Minsk qrupunun diplomatiyası vacibdir”.

Daha sonra dinləmələrdə ABŞ-ın Azərbaycana səfir postuna namizədliyi bu il aprelin 27-də Prezident Barak Obama tərəfindən irəli sürülən, hazırda Dövlət Departamentində Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışan Riçard Moninqstar çıxış etmişdir. O qeyd etmişdir ki, Birləşmiş Ştatlar dinc, demokratik, inkişaf edən, ABŞ və Avropaya strateji şəkildə bağlı olan Azərbaycandan yalnız faydalana bilər. Azərbaycanın olduqca böyük potensialı vardır. Bu il ABŞ Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd etmişdir. Bu təqvim təkcə əlaqələrimizin dərinliyini qiymətləndirməyə, həm də təhlükəsizlik, enerji sahələrində əməkdaşlıqda, demokratik və iqtisadi islahatların reallaşdırılmasında hansı yolu keçdiyimizə nəzər salmağa imkan verir. ABŞ hakimiyyəti bu sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi zərurətinə inanır və birgə işləyərək bölgənin qarşılaşdığı çətinlikləri aradan qaldırmağa ehtiyac görür. Riçard Moninqstar onu da bildirmişdir ki, ABŞ Azərbaycanı beynəlxalq təhlükəsizliyin təmin edilməsində artıq uzun müddətdir ki, etibarlı tərəfdaş hesab edir. O demişdir: “Biz, sentyabrın 11-dən sonra Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyevin çətin vaxtda ABŞ-a ilk dəstək verənlərdən biri olduğunu və ölkəsinin terrorla mübarizədə yaxın əməkdaşlığını təklif etdiyini xatırlayırıq. Həmin əməkdaşlıq Kosovoda, İraqda özünü göstərmiş, bu gün isə Əfqanıstanda davam edir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) dəstək olan minlərlə təyyarə Azərbaycanın hava məkanından Əfqanıstana keçmiş, minlərlə konteyner Bakıdan yola salınmışdır. ABŞ Azərbaycan ilə BMT Təhlükəsizlik Şurası çərçivəsində də yaxından və səmərəli şəkildə işləyir”. R.Moninqstar daha sonra ABŞ-ın Azərbaycan ilə enerji sahəsində uğurlu əməkdaşlığından, demokratik və iqtisadi islahatların həyata keçirilməsi üzrə aparılan birgə işlərdən bəhs etmişdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomat vurğulamışdır ki, bölgənin daha təhlükəsiz və rifahlı gələcəyinin təmin edilməsi üçün problemin dinc yolla həlli ən yüksək prioritetdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar Helsinki Yekun aktının güc tətbiqindən çəkinmə, ərazi bütövlüyü, hüquq bərabərliyi və insanların öz müqəddəratını təyin etməsi kimi prinsiplərinə əsaslanaraq uzunmüddətli həll yolunun tapılmasını dəstəkləyir. R.Moninqstar Senat üzvlərinə bildirmişdir ki, Azərbaycana səfir təsdiq olunacağı təqdirdə haqqında danışdığı bütün istiqamətlərdə irəliləyişin əldə olunması üçün çalışacaq və ABŞ-ın bu ölkədə maraqlarının təmin edilməsi məqsədi ilə əlindən gələni əsirgəməyəcəkdir.

ABŞ-ın Azərbaycana, Niderlanda və Surinama səfir postuna namizədlərin çıxışları dinlədildikdən sonra diplomatlar komitə üzvlərinin suallarını cavablandırmışlar.

Dinləmələrdə sədrlik edən xanım Şahin müzakirələri yekunlaşdıraraq rəsmi protokolun hələ növbəti iki gün ərzində açıq qalacağını bildirmişdir. Bu müddət ərzində komitə üzvləri Azərbaycanla bağlı suallarını Riçard Moninqstara ünvanlayıb Dövlət Departamentindən rəsmi cavablar ala biləcəklər. Daha sonra komitə üzvləri namizədə səsvermə vasitəsi ilə münasibətini bildirəcəklər.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib