İDMAN
ABŞ yığması basketbol üzrə dünya çempionu titulunu qoruyub saxlayıb
Beləliklə, ABŞ komandası beşinci dəfə titul qazanaraq dünya çempionatlarında qələbələrin sayına görə Yuqoslaviya yığması ilə bərabərləşib. Bundan əlavə, “Dream team” dünya basketbolu tarixində ilk yığma komandadır ki, ardıcıl olaraq dörd dəfə dünyanın əsas turnirlərində - 2008-ci və 2012-ci illərin olimpiya oyunlarında, habelə 2010-cu və 2014-cü illərin dünya çempionatlarında qələbə qazanmağa müvəffəq olub.
Mayk Qrjevskinin İspaniyada çıxış edən yetirmələri arasında Milli Basketbol Assosiasiyasının (MBA) ən güclü nümayəndələri toplaşmasa da, onlar bu çempionatda keçirdikləri doqquz matçın hər birində ən azı 20 xal fərqlə inamlı qələbə qazanıblar.
Avropa çempionları olan Fransa yığması təsəlli finalında litvalılara 95:93 hesabı ilə qalib gələrək bu komandanın tarixində ilk dəfə turnirin bürünc medalını qazanıblar.
Beynəlxalq Basketbol Federasiyasının rəsmi “Twitter” səhifəsində verilən məlumata görə, turnirin yekunlarına əsasən tərtib edilən rəmzi yığmaya Kennet Farid və Kayri İrvinq (hər ikisi - ABŞ), Miloş Teodosiç (Serbiya), Pau Qazol (İspaniya) və Nikolya Batyum (Fransa) daxil edilib.
Kayri İrvinq həm də çempionatın ən qiymətli oyunçusu hesab edilib.