REGİONLAR
Abşeronlu rəssamlar rayonun tarix və mədəniyyət abidələrini fırçaları ilə əks etdirirlər
Xırdalan, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeronda həyata keçirilən “Abşeronun istedadlı gənc rəssamları” adlı layihə rayonun kənd və qəsəbələrinin tarix və mədəniyyətini, arxeoloji, memarlıq abidələrini, xüsusi mühafizə olunan təbiət obyektlərini, kompleksləri tanıtmaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, layihə Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İctimai Şura və rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Layihəyə rayonunda fəaliyyət göstərən məktəblərin şagirdləri və rəsm müəllimləri qatılıb.
İştirakçılar əvvəlcə açıq havada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini, Heydər Əliyev Mərkəzini təsvir ediblər.
İctimai Şuranın sədri Elcin Quliyev layihə haqqında ətraflı məlumat verib, gənc rəssamlara uğurlar arzulayıb.
Layihənin sonunda qaliblər müəyyən olunacaq və mükafatlandırılacaq.