ADAU-da iftar süfrəsi açılıb
Gəncə, 18 mart, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəhbərliyin təşəbbüsü ilə ali təhsil müəssisəsinin əməkdaşları üçün iftar süfrəsi açılıb. İftar süfrəsində şəhid ailələri, Gəncə Ağsaqqallar Şurasının üzvləri və ADAU-nun professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov Ramazan ayının mahiyyətindən və insanlara qazandırdığı mənəvi üstünlüklərdən söz açıb. Rektor bu ayın mənəvi mənalarından birinin də həmrəylik və birlik kimi insani dəyərlərin möhkəmləndirilməsi olduğunu vurğulayıb.
Sonra ADAU əməkdaşları çıxışlar edərək Ramazan ayının fəzilətləri barədə danışıb, dualar ediblər.