Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Adil Əliyev: Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı sovet rəhbərliyinin “islamçı kartı”nı məhv etdi

Adil Əliyev: Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı sovet rəhbərliyinin “islamçı kartı”nı məhv etdi

Bakı, 19 yanvar, AZƏRTAC

Son yüz ildə Azərbaycan xalqının kollektiv və tarixi yaddaşını oyadan, yeniləyən və formalaşdıran ən mühüm amillərdən biri 1990-cı ilin 20 Yanvar hadisələri olub. SSRİ tarixində ilk dəfə idi ki, sovet ordusu sovet şəhərinə və sovet vətəndaşına qarşı bu miqyasda hərbi müdaxilə və faktiki olaraq müharibə etdi. Sovet ordusu Bakıya və Azərbaycana nəzarəti bərpa etdi. Lakin 20 yanvarda SSRİ Azərbaycanı strateji baxımdan birdəfəlik itirmiş oldu. Bu hadisə Azərbaycan xalqının yaddaşında elə bir iz buraxdı ki, bu gün də bir çox hadisə və proseslərə məhz 20 yanvar prizmasından baxırıq.

20 Yanvar həm məcazi, həm də hərfi mənada tarixi yaddaşımızı oyatdı. Şəhidləri dəfn etmək üçün qazılan məzar yerlərində Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şəhidlərimizin qalıqları üzə çıxdı. Beləliklə, 70 il əvvəlki hadisələrlə bağlantı əmələ gəldi. Yetmiş il əvvəlki şəhidlərin qalıqlarının aşkar edildiyi eyni yerdə, eyni məkanda yeni şəhidlərimiz dəfn edildi. Yetmiş il əvvəl də şəhidlər azadlıq mübarizəmiz yolunda canlarını fəda etmişdilər, 20 yanvar şəhidləri də. Hər iki hadisələrdə erməni amili ciddi rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.

A.Əliyev qeyd edib ki, 1918-ci ilin martında erməni daşnak-bolşevik dəstələri azərbaycanlılara qarşı qırğın törədərək minlərlə insanı qətlə yetirdilər, faktiki olaraq Bakını və digər bölgələri işğal etdilər. Bakının erməni daşnak işğalından azad olunması zamanı 1918-ci ildə şəhidlər verdik. Onlar o zaman Çənbərəkənd qəbiristanlığı adlandırılan indiki Şəhidlər xiyabanında dəfn edilmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti zamanı orada azərbaycanlı və türk şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksinin layihəsi hazırlanmışdı, lakin bu iş həyata keçirilməmişdi. Nəhayət, ümummilli lider Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə abidə kompleksinin açılışını etdi. Şəhidlər xiyabanında yerləşən və “Türk şəhidliyi” kimi tanınan bu abidə kompleksi Ulu Öndərin “Bir millət, iki dövlət” fəlsəfəsinin ruhunun daşıyıcısıdır.

20 Yanvardan sonra Qarabağda işğalçılarla mübarizədə həlak olan həmvətənlərimiz, əsgərlərimiz də Şəhidlər xiyabanında dəfn edildi. Şəhidlər xiyabanı xalqımızın milli azadlığı və Qarabağ uğrunda canını fəda etmiş övladlarımızın son mənzilinə çevrildi. Bu, əslində, məntiqli idi. Çünki 20 yanvar qırğını ərəfəsində nümayişçilər Qarabağda baş qaldırmış erməni separatizminə qarşı etiraz səslərini qaldırırdılar.

ABŞ-ın “Newsweek” nəşri 1989-cu ilin dekabrında azərbaycanlıları milli azadlıq uğrunda mübarizəyə qalxdıqlarına görə “İlin xalqı” adlandırdı. Bu kontekstdə Bakıya qoşun yeridilməsi və dinc əhaliyə divan tutulması, ilk növbədə, Azərbaycan xalqına və digər respublikalara “ibrət dərsi” verərək onları qorxutmaq və susdurmaq idi. Amma bu əks effekt yaratdı. Azərbaycan xalqı bu hadisədən daha qorxmaz və daha birləşmiş halda çıxdı. Müsəlman, yəhudi və xristian dini liderləri bir araya gələrək milyonlarla insanın iştirak etdiyi dəfn və matəm mərasimində şəhidlərin ruhuna dualar etdilər.

Bu fonda 20 yanvar hadisələrinin faciəli tərəflərindən biri xalqın bu cür birlik, fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdiyi halda respublika rəhbərliyi və etiraz nümayişlərinə rəhbərlik edənlərin səriştəsizliyi və onların arasında əsil liderin olmaması idi. Bunu nəzərə alan ovaxtkı SSRİ rəhbərliyi həmin amildən istifadə edərək dinc nümayişlərə başqa don geyindirməyə və xalqa qarşı ordunun istifadə edilməsinə haqq qazandırmağa çalışırdı. O məqsədlə İslam fundamentalizmi kartı ortaya atıldı. Hərçənd o zaman dünyada İslam fundamentalizmi mövzusu indiki qədər aktual deyildi, bu məsələ 2001-ci il 11 sentyabr hadisələrindən sonra gündəmə çevrilmişdir. Xüsusən də SSRİ-də qapalı ölkə, ateizmin rəsmi ideologiya və dinin ictimai həyatda minimum səviyyədə olduğunu, və etiraz nümayişlərinin səbəb və tələblərini nəzərə aldıqda bu cür ittihamlar absurd görünür.

Tomas de Vaal “Qara Bağ” kitabında 20 yanvar hadisələrinə və ümumiyyətlə Azərbaycanda milli azadlıq hərəkatına islamçı rəngi qatmaq cəhdlərindən bəhs edir. Kitabda da qeyd olunduğu kimi, xalqın milli azadlıq hərəkatının və Qarabağ münaqişəsində Azərbaycanın etibardan salınmasında islam amilindən istifadə edilməsi işində müsəlman aləminə yaxşı bələd olan yüksək çinli sovet məmurları xüsusilə seçilirdi.

1990-ci il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar barədə həqiqətləri dünyaya çatdırması ona görə xüsusi əhəmiyyət kəsb edir ki, onun bəyanatları təkcə 20 Yanvar qırğınını beynəlxalq aləmə car çəkmədi, həm də o, SSRİ rəhbərliyinin Azərbaycan xalqına və dinc nümayişçilərə İslam fundamentalisti damğası vurmasının qarşısını effektli şəkildə aldı. Onun bəyanatında işlətdiyi bir cümlə kifayət etdi ki, məsələnin əsl mahiyyəti açılsın: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”. Təsadüfi deyil ki, Heydər Əliyevin bu cəsarətli hərəkətindən iki həftə sonra Sovet İttifaqı Kommunist Partiyasının rəsmi orqanı olan “Pravda” qəzetində ona qarşı böhtan dolu yazı nəşr edildi.

Tarix təkrar olunur. Təkcə ona görə yox ki, eyni yerdə 1918-ci il şəhidləri dəfn edilmişdi. Həm də ona görə ki, 20 yanvardan 2 il əvvəl 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri zamanı da SSRİ rəhbərliyi baş verənlərə islamçı donu geyindirməyə çalışırdı. Eləcə də, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişi zamanı həm regionda yerləşən, həm də regiondan kənarda olan bəzi qüvvələr müharibədə yenidən islamçı kartını işə salmaqla Azərbaycanı beynəlxalq aləmdə gözdən salmağa və qələbəmizə aparan yolda maneələr törətməyə çalışırdılar. Əhməd bəy Ağaoğlu hələ 1905-ci ildə “Bakı hadisələri haqqında həqiqət” adlı məqaləsində yazırdı: “Guya qırğından əvvəl Bakı mollaları, Baş molla (???) məsciddə erməniləri qılıncdan keçirməyə çağırmışdır”. Yüz ildən artıq müddətdə qurulan belə məkrli ssenarini Ulu öndər Heydər Əliyev 1990-cı ildə 20 Yanvar hadisələrindən dərhal sonra pozmuşdu. Ondan düz 30 il sonra - 2020-ci ildə Vətən müharibəsi zamanı isə oxşar ssenarini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev darmadağın etdi və böyük Zəfər qazandıq. Beləliklə, 20 Yanvar şəhidlərinin də uğrunda canlarını fəda etdikləri suverenliyimiz və ərazi bütövlüyümüz 30 il sonra Vətən müharibəsi ilə bərpa edildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib