A.D.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Asəf Daşdəmir oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2016-cı il.