“Admiral Kuznetsov” gəmisində baş vermiş yanğın söndürülüb
Moskva, 13 dekabr, AZƏRTAC
“Admiral Kuznetsov” aviasiya daşıyan kreyserində baş vermiş yanğın tamamilə söndürülüb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində bir hərbçi həlak olub, 12 nəfər xəsarət alıb. Bundan başqa, iki nəfərin taleyi hələlik məlum deyil.
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus olan və Murmanskda təmirə dayanmış gəmidə yanğın dekabrın 12-də səhər saatlarında başlayıb. Hadisənin qaynaq işləri zamanı qığılcımın yerə tökülmüş mazutun üstünə düşməsi nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [13:25]
Macarıstanda avroya keçid qiymətlərin kəskin artımına səbəb olmaya bilər
- 17.11.2026 [13:02]
Marin Lö Pen: Prezident seçilsəm, Ukraynaya maliyyə yardımını dayandıracağam
- 17.11.2026 [13:01]
Cənubi Koreya 1 trilyon dollarlıq ixrac göstəricisinə yaxınlaşır
- 17.11.2026 [12:25]
Moskva aeroportları dron hücumları səbəbindən gecə boyu işləməyib
- 17.11.2026 [12:18]
Sofi Bine: Emmanuel Makronun onillik hakimiyyəti fəlakətli dövr olub
- 17.11.2026 [11:54]
Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib
- 17.11.2026 [11:32]