SİYASƏT
ADU-DA POLŞA SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Polşanın ölkəmizdəki səfiri ilə görüş keçirilmişdir.
ADU-nun mətbuat xidmətindən bildirmişlər ki, ADU-nun rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov səfir Kşiştof Krayevski ilə görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq, parlamentlərarası əlaqələr və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə ADU və Polşanın müvafiq universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.